Nokia 6700 Klassik

Page 19
background image
2 Yığmaq istədiyiniz kontaktın adını söyləyin. Səs ilə tanıma uğurlu olsa, bütün
uyğunluqların siyahısı göstərilir. Telefon siyahıdakı ilk uyğunluqun səs əmrini
səsləndirir. Əgər bu düzgün əmr deyilsə, diyirləyərək digər qeydə keçin.
Zəng zamanı seçimlər
Zəng zamanı istifadə edə biləcəyiniz seçimlərin əksəriyyəti şəbəkə xidmətləridir.
Mövcudluq barədə xidmət təminatçınızla əlaqə saxlayın.
Zəng zamanı 
Seçimlər
 və müvafiq seçimi seçin.
Mesaj göndərmə
Siz mətn və multimedia mesajlarını, elektron poçt, audio və fleş mesajlarını oxuyub,
yazıb, göndərə və saxlaya bilərsiniz. Mesajlaşma xidmətlərindən yalnız şəbəkəniz və
ya xidmət təminatçınız tərəfindən dəstəkləndiyi halda istifadə etmək olar.
Mətn və multimediya mesajları
Siz mesaj yaradıb seçim üzrə qoşma əlavə edə bilərsiniz, məsələn, şəkil qoşması.
Faylı əlavə etdiyiniz zaman telefonunuz avtomatik olaraq mətn mesajını multimediya
mesajına çevirəcək.
Mətn mesajları
Cihazınız bir mesaj həddindən əlavə mətn mesajlarını dəstəkləyir. Uzun mesajlar iki
və daha çox mesaj kimi göndərilir. Sizin xidmət provayderiniz sizdən müvafiq ödəniş
tələb edə bilər. Vurğu və digər işarələri istifadə edən simvollar və ya bəzi dil seçimləri
daha çox yer tutur və bir mesaj çərçivəsində göndərilən simvolların sayını
məhdudlaşdırır.
Qalan simvolların ümumi sayı və göndərmək üçün lazım olan mesaj sayı göstərilir.
Mesajları göndərmək üçün aparatınızda düzgün mesaj mərkəzinizin nömrəsi
saxlanılmalıdır. Adətən bu nömrə avtomatik olaraq SIM kartınız vasitəsilə quraşdırılır.
Nömrəni əl rejimində quraşdırmaq üçün 
Menyu
 > 
Mesajlar
 > 
Mesaj prmtrləri
 > 
Mətn
mesajları
 > 
Mesaj mərkəzləri
 > 
Mərkəz əlavə et
 bölmələrini seçin, və xidmət
təminatçınızdan alınan adı və nömrəni daxil edin.
Mətn yaz
Mətn rejimləri
Mətn daxil etmək üçün (məsələn, mesaj yazarkən) ənənəvi və ya proqnozlaşdırılmış
mətn daxil etmədən istifadə edə bilərsiniz.
Mətn yazarkən 
Seçimlər
 basıb saxlayın ki, 
 ilə göstərilən ənənəvi mətn daxil
etmədən 
 ilə göstərilən proqnozlaşdırılmış mətn daxil etməyə və əksinə keçəsiniz.
Bütün dillər proqnozlaşdırılmış mətn daxil etmə ilə dəstəklənmir.
İşarə halları 
, və 
 tərəfindən göstərilibdir.
Mesaj göndərmə
19