Nokia 6700 Klassik

Page 31
background image
Bluetooth bağlantısının açılması
1
Menyu
 > 
Parametrlər
 > 
Bağlantı
 > 
Bluetooth
 seçin.
2 Seçin 
Telefonumun adı
 və cihazınız üçün adı daxil edin.
3 Bluetooth əlaqəsini aktivləşdirmək üçün seçin 
Bluetooth
 > 
Yansın
.   göstərir ki,
Bluetooth əlaqəsi aktivdir.
4 Cihazınızı audio aksessuara qoşmaq üçün 
Audio aksessuara qoş
 və aksessuarı
seçin.
5 Cihazınızı məsafədə olan istənilən Bluetooth cihazı ilə cütləşdirmək üçün seçin
Cütlənmiş qurğular
 > 
Yeni qurğu əlav.et
.
6 Tapılmış cihaz üzərinə keçin və 
Əlavə et
 seçin.
7 Cihazınıza parolu daxil edin (16 işarəyə qədər) və digər Bluetooth cihazında
əlaqəyə icazə verin.
Gizli rejimdə telefonun istifadəsi zərərli proqramlardan mühafizə olunmaq üçün ən
etibarlı üsuldur. Etibar etmədiyiniz mənbələrdən Bluetooth əlaqəsini qəbul etməyin.
Digər alternativ – Bluetooth funksiyasını söndürün. Bu, telefonun digər funksiyalarına
təsir etməyəcək.
Kompyuterinizi İnternetə qoşun
Siz uyğun olan kompyuterinizi İnternetə qoşmaq üçün Bluetooth texnologiyasından
istifadə edə bilərsiniz. Cihazınız İnternetə qoşula bilməlidir (şəbəkə xidməti) və
kompyuteriniz Bluetooth texnologiyasını dəstəkləməlidir. Cihazda şəbəkə giriş nöqtəsi
(NAP) xidmətinə qoşulduqda və kompyuteriniz ilə cütləşdikdə cihazınız avtomatik
olaraq İnternet ilə paket məlumatının bağlantısını açır.
Paket məlumat
Ümumi paket radio xidməti (GPRS) elə şəbəkə xidmətidir ki, mobil telefonlara imkan
verir ki, onlar məlumatları internet şəbəkəsi protokolu ilə (İP) göndərsinlər və ya qəbul
etsinlər.
Xidmətin necə istifadə ediləcəyini müəyyən etmək üçün, 
Menyu
 > 
Parametrlər
 >
Bağlantı
 > 
Paket məlumat
 > 
Pak. məlm. bağl.
 və növbəti seçimlərdən seç:
Ehtiyac olduqda  — proqram tərəfindən tələb edilən zaman paket məlumatının
bağlantısını qurmaq. Proqram bağlandıqda əlaqə kəsiləcək.
Həmişə onlayn  —  telefonu yandırdıqda avtomatik olaraq paket məlumat şəbəkəsinə
qoşulmaq
Bluetooth texnologiyası və ya USB məlumat kabeli vasitəsilə uyğun olan kompyuterə
qoşularaq telefonunuzdan modem kimi istifadə edə bilərsiz. Ətraflı məlumat üçün
Nokia PC Suite sənədləşməsinə baxın. 
USB məlumat kabeli
Telefon və uyğun kompyuter və ya PictBridge-i dəstəkləyən printer arasında məlumatı
ötürmək üçün USB məlumat kabelindən istifadə edə bilərsiniz.
Əlaqə
31