Nokia 6700 Klassik

Page 9
background image
Cihazınız OMA DRM ilə qorunan tərkibə sahibdirsə, aktivləşdirmə kodları və tərkibin
nüsxəsini çıxarmaq üçün Nokia PC Suite proqramının nüsxə çıxarma funksiyasından
istifadə edin.
Əgər sizin cihazda WMDRM qorunan tərkib varsa, cihaz yaddaşının formatlanması
zamanı fəallaşdırma kodları və tərkib itiriləcək. Sizin cihazınızdakı faylların pozulması
zamanı da fəallaşdırma düymələri və tərkibdən məhrum ola bilərsiniz. Fəallaşdırma
düymələri, və ya tərkibin itirilməsi Sizin cihazınızda həmin tərkibdən təkrar istifadə
etmək imkanınızı məhdudlaşdıra bilər. Daha geniş məlumat almaq üçün Sizə xidmət
göstərən müəssisə ilə əlaqə saxlayın.
İşəsalma
SIM kartı və batareyanı quraşdırın
Təhlükəsiz çıxarılma. Batareyanı çıxarmazdan əvvəl həmişə cihazı söndürün və enerjı
qurğusundan ayırın.
Bu telefon BL-6Q batareya ilə birgə istifadə olunmaq üçün nəzərdə tututlub. Hər zaman
orijinal Nokia batareyalarından istifadə edin. 
SIM kart və onun kontaktları asanlıqla cırmaq və ya əyilmə nəticəsində zədələnə bilər,
bu səbəbdən kartdan istifadə edən zaman, onu daxil edib yaxud çıxaran zaman
ehtiyatlı olun.
1 Arxa qapağı çıxarın.
2 SIM kartı kontakt tərəfinin üzü aşağı baxdığı vəziyyətdə paza daxil edin.
3 Batareyanın kontaktlarına nəzər yetirin və batareyanı daxil edin.
İşəsalma
9