Nokia 6700 Klassik

Page 39
background image
3 Faylı köçürərkən yaddaş kartındakı qovluqları nəzərdən keçirmək üçün yaddaş
kartının üzərinə diyirləyərək keçin və seçim düyməsini sağa basın.
Çap şəkilləri
Telefonunuz jpeg formatında olan şəkilləri çap etmək üçün Nokia XpressPrint-i
dəstəkləyir.
1 Telefonunuzu uyğun printerə qoşmaq üçün, məlumat kabelindən istifadə edin və
ya şəkili Bluetooth vasitəsilə Bluetooth texnologiyasını dəstəkləyən printerə
göndərin. 
2 Çap etmək istədiyiniz şəkili seçin və 
Seçimlər
 > 
Çap et
.
Şəkil və videoları onlayn bölüşmək
Şəkil və video kliplərlə İnternetdəki uyğun onlayn paylaşma xidmətlərində bölüşün.
Onlayn paylaşmadan istifadə etmək üçün siz onlayn paylaşma xidmətinə abunə
olmalısınız (şəbəkə xidməti).
Şəkili yaxud videoklipi onlayn paylaşma xidmətinə yükləmək üçün Qalereyadan faylı,
Seçimlər
 > 
Göndər
 > 
Vebə yüklə
 və onlayn paylaşma xidmətini seçin.
Onlayn paylaşma və uyğun xidmət təminatçıları barədə ətraflı məlumat üçün Nokia
məhsulları üzrə dəstək səhifələri yaxud sizin yerli Nokia veb-saytına baxın.
Siz onlayn paylaşma xidmətinin İnternet səhifələrinə yükləmələri cihazınızda baxa
bilərsiniz. 
Yaddaş kartı
Video kliplər, mahnılar, audio faylları, şəkillər və mesajlaşma məlumatı kimi multimedia
fayllarını saxlamaq üçün yaddaş kartından istifadə edin.
Telefon tərəfindən istifadə olunan Qalereya daxilində yerləşən bəzi qovluqlar
(məsələn, Mövzular) yaddaş kartında saxlanıla bilər.
Yaddaş kartını formatla
Bir sıra təmin olunan yaddaş kartları əvvəlcədən formatlaşdırılmış olur, digərləri isə
formatlaşdırılmalıdır. Yaddaş kartını formatlaşdırılması zamanı kartdakı bütün
məlumat həmişəlik silinir.
1 Yaddaş kartını formatlaşdırmaq üçün 
Menyu
 > 
Qalereya
 yaxud 
Proqramlar
,
yaddaş kartının qovluğunu və 
Seçimlər
 > 
Yad. krt. seçimləri
 > 
Yad. kart
formatla
 > 
Bəli
 seçin.
2 Formatlaşdırma tamamlandıqda yaddaş kartı üçün adı daxil edin.
Qalereya
39