Nokia 6700 Klassik

Page 11
background image
1 Adapteri divar elektrik oyuğuna qoşun.
2 Adapteri cihaza qoşun.
3 Cihaz tam dolmuş vəziyyətdə olduğu halda, adapteri əvvəlcə cihazdan sonra isə
divar rozetkasından ayırın.
Siz batareyanı həmçinin kompyuter enerjisilə USB kabel vasitəsilə doldura bilərsiniz.
1 USB kabelini kompyuterin USB portuna və cihazınıza qoşun.
2 Batareya tam dolduqda USB kabelini ayırın.
Batareyanı xüsusi bir müddət ərzində yükləməyə ehtiyacınız yoxdur və siz cihazdan
yükləmə zamanı istifadə edə bilərsiniz. Batareya tam boşaldıqda ekranda batareyanın
doldurulması indikatorunun peyda olması və ya zəng edilməsi üçün bir neçə dəqiqə
tələb oluna bilər.
Radioya qulaq asılan zaman cihazın doldurulması siqnalın qəbulunu zəiflədə bilər.
Antena
Cihazınızda daxili və xarici antenalar ola bilər. Antena ötürdükdə və ya qəbul etdikdə
lazım olmazsa antena sahələrinə toxunmaqdan çəkinin. Antenaya toxunma rabitə
keyfiyyətinə təsir edir və əməliyyat zamanı cihazın daha çox enerjidən istifadəsinə
səbəb ola bilər, bu isə batareyanın ömrünü azalda bilər.
İşəsalma
11