Nokia 6700 Klassik

Page 56
background image
Təcili yardım zəngi edərkən tələb olunan məlumatı mümkün qədər dəqiq verin. Hadisə yerində sizin simsiz cihazınız yeganə
kommunikasıya vasitəsi ola bilər. İcazə verilənədək zəngi bitirməyin.
Sertifikat barədə məlumat (SAR)
Bu mobil cihaz radio dalğalara məruz qalma təlimatlarına cavab verir.
Sizin mobil telefon radio qəbul ötürücüsü və edicisidir. Bu cihaz beynəlxalq qaydalar tərəfindən tövsiyyə edilmiş radio tezliyinə
məruz qalma limitlərini aşmayan cihaz kimi hazırlanmış və istehsal edilmişdir. Bu təlimatlar İCNİRP müstəqil elmi təşkilat
tərəfindən yaradılıb, belə ki, yaş həddi və sağlamlıq nəzərə alınmadan, hər bir kəsin müdafiəsini təmin etmək üçün hazırlanan
təhlükəsizlik qaydalarından ibarətdir.
Mobil cihazlar üçün təsir standartı olaraq Xüsusi Absorbsiya Dərəcəsi (SAR) kimi tanınan ölçü vahidi istifadə edilir. ICNIRP
təşkilatının təlimatında göstərilmiş SAR həddi 2.0 vat/kilogramdır (v/kg) 10 qram toxuma ortalamaqla. SAR üçün testlər bütün
sınaqdan keçirilmiş tezlik diapazonlarında cihaz ən yüksək təsdiq edilmiş güc səviyyəsində məlumatı ötürərkən standart iş
vəziyyətində keçirilir. İstifadə edilən qurğunun SAR səviyyəsi maksimal dərəcədən aşağı ola bilər, çünki qurğunun ancaq
şəbəkə ilə əlaqə yaratmaq üçün enerji verməsi tələb olunur. Bu rəqəm bir sıra faktorun təsiri ilə dəyişir; məsələn sizin şəbəkə
baza stansiyasına nə qədər yaxın məsafədə olmağınızdan asılıdır.
Bu cihazın qulaqda istifadəsi üçün ICNIRP təşkilatının təlimatında göstərilən ən yüksək XAD dərəcəsi belədir 0,43 Vt/kq.
Cihaz aksessuarlarının istifadəsi SAR dərəcəsinə təsir edə bilər. Milli hesabatçılıq tələblərindən və şəbəkə diapazonundan
asılı olaraq SAR dərəcələri fərqlənə bilər. SAR barədə əlavə məlumat mal haqqında məlumatın ardınca www.nokia.com
saytında verilə bilər.
Müəllif hüquqları və digər bildirişlər
UYĞUNLUQ BƏYANNAMƏSİ
Bununla, NOKİA KORPORASIYASI bildirir ki, bu RM-470 məhsulu 1999/5/EC Direktivinin əsas tələblərinə və digər müvafiq
göstərişlərinə cavab verir. Uyğunluq Bəyannaməsinin surətini http://www.nokia.com/phones/declaration_of_conformity/
internet saytında əldə etmək olar.
© 2010 Nokia. Bütün hüquqlar qorunur
Nokia, Nokia Connecting People və Navi Nokia Corporation-un qeydiyyata alınmış əmtəə nişanlarıdır. Nokia tune Nokia
Corporation-nın səs nişanıdır. Bu sənəddə qeyd edilən digər məhsulların və ya şirkətlərin adları onların müvafiq sahiblərinin
əmtəə adları və ya əmtəə nişanları ola bilər.
Bu sənəddə göstərilən məlumatın Nokia şirkətinin əvvəlcədən alınmış yazılı razılığı olmadan hər hansı şəkildə müəyyən bir
qisminin və ya tam surətinin çıxarılması, köçürülməsi, yayılması və ya saxlanılması qadağan edilir. Nokia daimi inkişaf
siyasətini tətbiq edir. Nokia bu sənəddə göstərilən istənilən məhsula əvvəlcədən xəbərdarlıq etmədən dəyişiklik etmək və ya
təkmilləşdirmək hüququna malikdir.
US Patent No 5818437 and other pending patents. T9 text input software Copyright © 1997-2010. Tegic Communications,
Inc. All rights reserved.
Includes RSA BSAFE cryptographic or security protocol software from RSA Security.
56
Müəllif hüquqları və digər bildirişlər