Nokia 6700 Klassik

Page 6
background image
Keçid kodları
Telefonunuzu giriş kodları və təhlükəsizlik parametrlərindən necə istifadə etməsini
qurmaq üçün seçin 
Menyu
 > 
Parametrlər
 > 
Təhlükə/-sizlik
 > 
Giriş kodları
.
Təhlükəsizlik kodu sizin telefonunuzu icazəsiz istifadədən mühafizə etməkdə
kömək edir. Əvvəlcədən qurulmuş kod:12345. Siz kodu dəyişdirə və telefonu kodu
tələbetməsi üçün qura bilərsiniz. Bəzi əməliyyatlar parametrlərdən asılı olmayaraq
təhlükəsizlik kodunu tələb edir, məsələn, əgər siz istehsalçı parametrlərini bərpa
etmək istəyirsinizsə. Kodu gizli və telefonunuzdan ayrı bir təhlükəsiz yerdə
saxlayın. Kodu yadınızdan çıxartsanız və telefonunuz blokirovkaya düşərsə,
telefonunuza xidmət lazım olacaq və əlavə haqq tətbiq oluna bilər. Ətraflı məlumat
üçün Nokia Care nöqtəsinə yaxud telefonunuzun dilerinə müraciət edin.
SIM (USIM) kartı ilə təchiz edilmiş PIN (UPIN) kodu kartın icazəsiz istifadəsinin
qarşısını almaqda kömək edir.
Bəzi SIM (USIM) kartlarla təchiz edilən PIN2 (UPIN2) kodu müəyyən xidmətlərə
giriş əldə etmək üçün tələb olunur.
PUK (UPUK) və PUK2 (UPUK2) kodları SIM (USIM) kartla birgə təchiz oluna bilər.
Əgər siz PIN kodu ardıcıllıqla üç dəfə yanlış daxil etsəniz, sizdən PUK kod tələb
olunacaq. Əgər kodlar təmin olunmayıblarsa, xidmət təminatçınızla əlaqə saxlayın.
Qadağa parolu gələn və edilən zənglərə qadağa qoymaq üçün (şəbəkə xidməti)
zəngə qadağa qoyulması xidmətindən istifadə edərkən tələb olunur.
Brauzer üçün təhlükəsizlik modulu parametrlərini nəzərdən keçirmək və ya
dəyişdirmək üçün seçin 
Menyu
 > 
Parametrlər
 > 
Təhlükə/-sizlik
 > 
Təhl. modulu
prmtr.
.
Konfiqurasya parametr xidməti
Mobil İnternet xidmətləri, multimedia mesjlaşma xidməti (MMS), Nokia Xpress audio
mesajlaşma və ya uzaq İnternet serveri ilə sinxronlaşdırması kimi bəzi şəbəkə
xidmətlərindən istifadə etmək üçün sizin telefonunuzda düzgün konfiqurasiya
parametrləri quraşdırılmalıdır. Bunun mövcudluğunu öyrənmək üçün xidmət
təminatçınızla əlaqə saxlayın və ya yaxınlıqdakı Nokia-nın rəsmi dilirinə yaxud Nokia-
nin veb-səhifəsindəki dəstək bölməsinə baxın.
Parametrləri konfiqurasiya mesajı şəklində aldığınız və parametrlərin avtomatik
saxlanılmadığı və aktivləşdirilmədiyi təqdirdə 
Konfiq. parametr. qəbul edildi
 göstərilir.
Parametrləri saxlamaq üçün 
Göstər
 > 
Saxla
 seçin. Lazım olduğu halda, xidmət
təminatçınız tərəfindən təqdim olunmuş PIN kodu daxil edin.
My Nokia
Nokia telefonunuz üçün pulsuz məsləhətlər, tövsiyələr, o cümlədən pulsuz sınaq
məzmunu, interaktiv nümayişlər, şəxsiləşdirilmiş veb-səhifə və Nokia məhsulları və
xidmətləri barədə ən son xəbərləri əldə edin.
6
Ümumi məlumat