Nokia 6700 Klassik

Page 7
background image
Nokia telefonunuzdan kifayət qədər fayda əldə edin və My Nokia üçün bu gün
qeydiyyatdan keçin! Əlavə məlumat və regionunuzda xidmətin mövcud olduğunu
öyrənmək üçün www.nokia.com/mynokia baxın.
Içindəkiləri yüklə
Siz telefonunuza yeni məzmun (nümunə üçün, mövzular) yükləyə bilərsiniz (şəbəkə
xidməti).
Mühüm:  Yalnız etibar etdiyiniz və zərərli proqramlara qarşı müvafiq təminat təklif edən
xidmətləri istifadə edin.
Müxtəlif xidmətlərin və tariflərinin mövcudluquna dair məlumat üçün xidmət
təminatçınızla əlaqə saxlayın.
Köməkçi məsləhətlər
Əgər telefonunuzla bağlı suallarınız varsa və ya telefonunuzun necə işləyəcəyini
bilmirsinizsə, istifadəçi təlimatına istinad edin. Əgər bu faydalı deyilsə, bunları sınayın:
Telefonu yenidən qurun: telefonu söndürün və batareyanı çıxardın. Bir neçə
saniyədən sonra batareyanı daxil edin və telefonu yandırın.
İstehsalçı parametrlərini bərpa edin. 
Mövcud olduqu halda, telefonunuzu Nokia Software Updater proqramı ilə
yeniləyin. 
Nokia İnternet saytına baxın və ya Nokia Care ilə əlaqə saxlayın. 
Əgər problem həll olunmasa, təmir üçün yerli Nokia Care məntəqəsi ilə əlaqə saxlayın.
Telefonunuzu təmirə göndərməzdən əvvəl həmişə telefonunuzdakı məlumatların
nüsxəsini çıxardın.
Proqram yenilənmələri
Nokia yeni xüsusiyyətləri, təkmilləşmiş funksiyaları yaxud yaxşılaşdırılmış göstəriciləri
təklif edə bilən proqram təminatının yeniləmələrini hazırlaya bilər. Bu yeniləmələri
Nokia Software Updater proqramının vasitəsilə tələb edə bilərsiniz. Cihazın proqram
təminatını yeniləmək üçün sizə Nokia Software Updater proqramı və Microsoft
Windows 2000, XP yaxud Vista əməliyyat sistemi ilə olan uyğun kompyuter, İnternetə
genişzolaqlı giriş və kompyuteri cihazınıza qoşmaq üçün müvafiq məlumat kabeli
lazımdır.
Ətraflı məlumatı əldə etmək və Nokia Software Updater proqramını yükləmək üçün
www.nokia.com/softwareupdate yaxud yerli Nokia veb-saytına baxın.
Əgər proqram təminatının simsiz yeniləməsi şəbəkəniz tərəfindən dəstəklənirsə, siz
yeniləmələri telefonunuzdan istifadə edərək tələb edə bilərsiz. 
Ümumi məlumat
7