Nokia 6700 Klassik

Page 53
background image
Baxım və texniki qulluq
Sizin cihaz əla keyfiyyətli dizayn və sənətkarlıq məhsuludur və ehtiyatla qorunmalıdır. Aşağıda göstərilən təkliflər zəmanətin
əhatə etdiyi sahələrin qorunmasına yardım edəcək.
Cihazı quru saxlayın. Çöküntü, nəmlik və bütün növ maye və rütubətin tərkibində eletron sxemlərin korroziyasına səbəb
ola biləcək minerallar ola bilər. Cihazınız yaş olduqda batareyanı çıxarın və onu yenidən yerinə yerləşdirənə qədər
cihazın tam qurumasını təmin edin.
Cihazı tozlu, kirli yerlərdə istifadə etməyin və saxlamayın. Onun ayrıla bilən hissələri və elektron komponentləri zədələnə
bilər.
Cihazı isti yerdə saxlamayın. Yüksək temperatur elektron cihazların istehlak müddətini qısaldır, batareyaları zədələyir
və müəyyən plastik hissələri əyir və ya əridir.
Cihazı soyuq yerdə saxlamayın. Cihaz normal temperatura qayıtdıqda cihazın içində nəmlik yarana bilər bə bunun
nəticəsində elektron sxemlərin plataları zədələnə bilər.
Cihazı yalnız bu təlimatda göstərilmiş qaydada açın.
Cihazı yerə salmayın, taqqıldatmayın və ya silkələməyin. Kobud rəftar daxili montaj platasını və dəqiq mexanika
elementlərini qıra bilər.
Məhsul və təhlükəsizlik üzrə məlumat
53