Nokia 6700 Klassik

Page 47
background image
dərəcədə səhv və natamam ola bilər və mövcudluqdan asılı ola bilər. Heç vaxt yalnızca
yuxarıda qeyd edilən tərkibə və əlaqədar xidmətlərə əsaslanmayın.
Xəritələr haqda ətraflı məlumatı burada tapa bilərsiz www.nokia.com/maps.
Maps proqramından istifadə etmək üçün 
Menyu
 > 
Xəritələr
 və mövcud seçimlərdən
birini seçin.
Xəritələri yeniləyin və yükləyin
Mobil məlumat ötürülməsi tariflərinin olmaması üçün ən son xəritələri və səs
idarəetməsi fayllarını Nokia Ovi Suite proqramından istifadə edərək kompüterinizə
yükləyin və ardından cihazınıza köçürüb saxlayın.
Nokia Ovi Suite proqramını yükləmək və kompüterinizdə quraşdırmaq üçün
www.ovi.com ünvanına daxil olun.
İşarə:Xaricə səyahət edərkən xəritələrə İnternet bağlantısı olmadan baxa bilmək üçün
səyahətdən əvvəl yeni xəritələri cihazınızda saxlayın.
Xəritələr və GPS
Cihazınızdakı daxili GPS qəbuledicisi peyk siqnalının yerini müəyyən edən kimi cari
yeri göstərmək üçün cihaza bir neçə dəqiqə tələb oluna bilər.
GPS sistemi (Naviqasiya və yerin müəyyən edilməsi üzrə Qlobal Sistem) - bu sistemin
dəqiqliyi və saxlanılması üzrə yeganə məsul olan Birləşmiş Ştatlar Höküməti tərəfindən
idarə edilir. Yerləşdirmə ilə bağlı məlumatın dəqiqliyi ABŞ höküməti tərəfindən GPS-ə
quraşdırılan peyklərdən asılıdır və ABŞ Müdafiə Departamentinin mülki GPS
strategiyasına və Federal Radionaviqasiya Planına uyğun olaraq dəyişdirilə bilər.
Dəqiqliyə həmçinin zəif peyk həndəsəsi də təsir edə bilər. GPS siqnallarının
mövcudluğu və keyfiyyəti binalardan və təbii müdaxilələrdən, həmçinin hava
şəraitindən asılı ola bilər. GPS siqnalları binaların daxilində və ya metroda mövcud
olmaya bilər və beton və metal kimi materiallara görə zəifləyə bilər.
GPS yerin dəqiq ölçülməsi üçün istifadə edilməməlidir və siz yalnızca yerləşdirmə
məlumatı və naviqasiya ilə bağlı GPS qəbuledicisi və mobil radio şəbəkəsindən alınan
məlumata etibar etməməlisiniz.
Naviqasiya
Cihazınızdakı pulsuz, səs idarəetməsi olan Maps proqramından istifadə edərək
getdiyiniz yerə sürətlə naviqasiya edin.
Səs idarəetməsi ilə naviqasiyadan istifadə etmək üçün Maps proqramı şəbəkə
bağlantısı tələb edir.
Təyinata naviqasiya
1
Menyu
 > 
Xəritələr
 > 
Marşrutu planlaş.
 seçin və marşrut yaradın.
2 Seçin 
Seçimlər
 > 
Marşrutu göstər
 > 
Seçimlər
 > 
Naviqasiyaya başla
.
Maps
47