Nokia 6700 Klassik

Page 8
background image
Mühüm:  Yalnız etibar etdiyiniz və zərərli proqramlara qarşı müvafiq təminat təklif edən
xidmətləri istifadə edin.
Nokia dəstək
Bu təlimatın ən son versiyasını və sizin Nokia məhsulunuza aid əlavə məlumatı əldə
etmək, yükləmələr və xidmətlər barədə öyrənmək üçün www.nokia.com/support və ya
öz yerli Nokia veb-səhifəsinə müraciət edin.
Konfiqurasiya parametrləri xidməti
Öz telefonunuzun modeli üçün MMS, GPRS, elektron poçt və digər xidmətlər üzrə
pulsuz konfiqurasiya parametrlərini yükləmək üçün www.nokia.com/support .
Nokia Kompyuter Dəsti
PC Suite-a dair məlumatı və buna aid digər məlumatı Nokia-nın www.nokia.com/
support veb-səhifəsində təqdim edilən PC Suite üçün uyğunluq siyahısına müraciət
edin.
Nokia Care Xidməti
Əgər Nokia Care xidmətləri əlaqə saxlamaq istəyirsinizsə, aşağıda göstərilən veb-
səhifələrdə təqdim edilən yerli Nokia Care xidmət mərkəzlərinin sihayısını nəzərdən
keçirin: www.nokia.com/customerservice müraciət edin.
Saxlama
Cari təmir xidmətləri üçün yaxınlıqdakı yerli Nokia Care məntəqəsinə müraciət edin.
Bunun üçün aşağıdakı veb-səhifələrindən əlaqə məlumatlarına baxın:
Rəqəmsal hüquqların idarəedilməsi
Sahiblərin geniş hissəsi müəllif hüquqları da daxil olmaqla, öz intellektual mülkünü
qorumaq məqsədi ilə Rəqəmli hüquqlar idarəsinin (RHİ) müxtəlif texnologiya
növlərindən istifadə edə bilər. Bu cihaz RHİ tərəfindən qorunan tərkibə daxil olmaq
üçün RHİ proqramlarının müxtəlif növlərindən istifadə edir. Bu cihazla WMDRM 10,
OMA DRM 1.0, OMA DRM 1.0 ön kilid və OMA DRM 2.0 ilə qorunan məzmuna daxil
ola bilərsiniz. Əgər hansısa RHİ proqramı tərkibi qoruya bilmirsə, onda tərkibin sahibləri
bu kimi RHİ proqramının yeni RHİ tərəfindən qorunan tərkibə daxil olmasının ləğv
olunmasını tələb edə bilərlər. Bu kimi RHİ proqramının ləğv edilməsi artıq sizin
cihazınızda RHİ tərəfindən qorunan tərkibin yeniləşməsinin qarşısını ala bilər. Belə RHİ
proqramının ləğvi RHİ başqa növləri tərəfindən qorunan digər tərkiblərin istifadəsinə,
və ya RHİ tərəfindən qorunmayan tərkiblərə təsir etməyəcək.
Rəqəmli hüquqların idarəsi (RHİ) tərəfindən qorunan tərkib birgə fəallaşdırma düyməsi
vasitəsilə görünür ki, bu da tərkibdən istifadə etmək üçün Sizin hüquqlarınızı
müəyyənləşdirir.
8
Ümumi məlumat