Nokia 6700 Klassik

Page 54
background image
Cihazın təmizlənməsi üçün sərt kimyəvi preparatlardan, təmizləyici həlledicilərdən və ya güclü tozlardan istifadə
etməyin.
Cihazı rəngləməyin. Rəng hərəkət edən hissələri tıxaya və müvafiq əməliyyatlara mane ola bilər.
Kamera, yaxınlaşdırıcı qurğu, və fotodetektor linzaları kimi optik şüşələrin təmizlənməsi üçün yumşaq, quru parça
istifadə edin.
Yalnız təchiz və ya təsdiq edilmiş əvəzedici antenalardan istifadə edin. Qadağan edilmiş antenaların, modifikasiyaların
və ya aksessuarların istifadəsi sizin cihazı zədələyə bilər və radio cihazlarının istifadəsini tənzimləyən qaydaların
pozulmasına səbəb ola bilər.
Batareyanı bağlı otaqda doldurun.
Cihazınızı xidmət şəbəkəsinə göndərdikdə həmişə saxlamaq istədiyiniz məlumatın (əlaqələr və təqvim qeydləri kimi)
surətini çıxarın.
Optimal iş rejimi üçün cihaz vaxtaşırı söndürülməlidir, bunun üçün cihazı söndürün və batareyanı çıxarın.
Yuxarıda göstərilən bütün təkliflər eyni dərəcədə sizin cihazınıza, batareyaya, batareya doludran qurğuya və ya hər hansı
aksessuara şamil edilir. Hər hansı cihaz düzgün işləmədikdə onu təmir üçün yaxınlıqda yerləşən səlahiyyətli xidmət
şəbəkəsinə aparın.
Tullanması
Məhsulunuzun üzərindəki X işarəli çarxlı qutu işarəsi, mətn və ya qablaşdırma sizə xatırladır ki, bütün elektrik və elektronik
məhsullar, batareyalar və akumulyatorlar istifadə müddətləri bitdikdə ayrı yerlərə atılmalıdır. Bu tələb Avropa İttifaqında və
ayrı toplanma sistemləri olan yerlərdə tətbiq edilir. Bu məhsulları çeşidləndirilməmiş bələdiyyə tullantılarının arasına
yerləşdirməyin.
Məhsulları toplanma yerlərinə qaytararaq siz nəzarətsiz tullantıların qarşısını alırsınız və materialların yenidən istifadəsinə
kömək edirsiniz. Ətraflı məlumatı pərakəndə satıcıdan, yerli bələdiyyələrdən, milli istehlakçılardan, hakimiyyət orqanlarından
və ya yerli Nokia nümayəndəliyindən əldə edə bilərsiniz. Məhsulun Eko-Bəyannaməsi ilə və ya məhsulunuzu qaytarmaq üçün
təlimatlarla bağlı www.nokia.com ünvanından ölkənizə aid məlumatlara baxın.
Əlavə təhlükəsizlik məlumatı
Kiçik uşaqlar
Sizin cihazınız və onun aksesuarları oyuncaq deyil. Onlar kiçik hissələrdən ibarət ola bilər. Onları kiçik uşaqların əli çatmadığı
yerdə saxlayın.
İş mühiti
Bu cihaz RT-yə məruz qalma ilə bağlı təlimatlara qulaqda normal istifadə vəziyyəti zamanı və ya ən azı 1,5 santimetr (5/8
düym) bədəndən uzaq olduqda cavab verir. Üstünüzdə gəzdirmək üçün daşıma qabı, kəmər qısqacı və ya tutqacda metal
tərkibli olmamalı və bədəninizdən yuxarıda göstərilən məsafədə uzaq olmalıdır.
Məlumat faylları və ya mesajların ötürülməsi keyfiyyətli şəbəkə bağlantısı tələb edir. Məlumat faylları və mesajları belə bağlantı
yaranana qədər ləngiyə bilər. Ötürülmə tamamlanana qədər ayrılma məsafəsinə dair təlimatlara riayət edin.
Tibbi cihazlar
Simsiz telefonlar da daxil olmaqla radio ötürücü avadanlığın işlədilməsi qeyri-müvafiq mühafizə edilən tibb cihazlarının
funksionalığına təsir edə bilər. Tibb cihazlarının xarici RF enerjisindən müvafiq şəkildə mühafizə edildiyini müəyyənləşdirmək
üçün həkimlə və ya tibb cihazının istehsalçısı ilə məsləhətləşin. Təlimatlarda göstərilirsə cihazınızı söndürün. Hospitallar və
ya səhiyyə müəssisələri xarici RF enerjisinə həssas olan avadanlıqlardan istifadə edirlər.
İmplantasiya edilmiş tibbi cihazlar
Tibbi cihazların istehsalçıları məsləhət görür ki, tibbi cihazla ehtimal müdaxiləni aradan qaldırmaq üçün nəbzölçən və ya
implantasiya edilmiş kardiyo defibrilyasiya cihazı ilə simsiz cihaz arasında minimum 15.3 sm (6 düym) məsafə olmalıdır. Belə
cihazları olan şəxslər bunları etməlidirlər:
54
Məhsul və təhlükəsizlik üzrə məlumat