Nokia 6700 Klassik

Page 55
background image
Həmişə simsiz cihazları tibbi cihazdan 15.3 santimetrdən (6 düym) çox məsafədə saxlayın.
Cihazı döş cibində daşımayın.
Simsiz cihazı tibbi cihazdan əks tərəfdə qulağa taxın.
Müdaxilə olduğuna dair hər hansı şübhə yaranarsa, simsiz cihazı söndürün.
İmplantasiya edilmiş tibbi cihazlar üçün istehsalçının təlimatlarına əməl edin.
Simsiz cihazınızı implantasiya edilən tibbi cihazla necə istifadə etməyə dair suallarınız varsa, həkiminizə müraciət edin.
Eşitmə cihazları
Bəzi rəqəmli naqilsiz cihazlar qulaq aparatlarının işlərinə təsir edə bilər.
Avtomobillər
RT siqnalları elektron yanacaq injektor sistemləri, elektron antikilidləmə əyləc sistemləri, elektron sürət tənzimləyici sistemlər
və hava yastığı sistemləri kimi avtomobillərdə düzgün quraşdırılmayan və ya lazımi qaydada qurulmayan elektron sistemlərə
təsir göstərə bilər. Ətraflı məlumat üçün avtomobilinizin və ya onun avadanlığının istehsalçısı ilə əlaqə saxlayın.
Ancaq ixtisaslı işçilər avtomobilə cihaz quraşdırmalı və ya təmir etməlidir. Yalnış quraşdırılma və ya xidmət təhlükəli ola bilər
və sizin zəmanətinizi etibarsız edə bilər. Mütəmadi olaraq avtomobilinizə quraşdırılan cihazın düzgün quraşdırıldığı və işlədiyini
yoxlayın. Cihaz, onun hissələri və ya aksessuarları ilə eyni bölmədə alışan mayelər, qazlar və ya partlayıcı maddələri
saxlamayın və ya daşımayın. Unutmayın ki, hava yastıqları böyük qüvvə ilə açılır. Cihazınızı və ya aksessuarları hava
yasrığının açıldığı hissələrə yerləşdirməyin.
Təyyarəyə minməzdən əvvəl cihazı söndürün. Təyyarədə simsiz telecihazlardan istifadə təyyarənin işləməsi üçün təhlükəli
ola bilər və qeyri-qanuni ola bilər.
Potensial partlayıcı mühit
Mümkün partlayış ola biləcək hər hansı mühitlərdə cihazınızı söndürün. Dərc olunmuş bütün təlimatlara əməl edin. Belə
ərazilərdə qığılcımlar bədən xəsarəti və ya ölümlə nəticələnən partlamaya yaxud yanğına səbəb ola bilər . Telefonu xidmət
stansiyalarında olan qaz nasosları kimi yanacaq stansiyalarında söndürün. Yanacaq depolarında, saxlama və paylama
məntəqələrində, kimyəvi zavodlarda və ya partlayış əməliyyatları keçirilən ərazilərdə məhdudiyyətlərə riayət edin. Potensial
partlayış atmosferi olan ərazilər həmişə olmasa da çox vaxt aşkar qeyd edilirlər. Buraya nəqliyyat vasitənizin matorunu
söndürülməsi məsləhət görülən ərazilər, qayıqlarda göyərtədən aşağı hissə, kimyəvi maddələrin ötürüldüyü və ya saxlandığı
binalar daxildir, belə yerlərdə havada kimyəvi maddələr və atom, toz, və ya metal tozları kimi hissəciklər olur. Maye qazla
işləyən avtomobil istehsalçılarına bu cihazın həmin avtomobillərin yaxınlığında istifadə eilib edilməyəcəyini soruşmalısınız.
Təcili yardım zəngləri
Mühüm:  Bu cihaz da daxil olmaqla simsiz telefonlar radio siqnalları, simsiz şəbəkələri, daxili əlaqə xəttləri şəbəkələrini və
istifadəçi üçün proqramlaşdırılmış funksiyaları istifadə edərək işləyir. Cihaz təcili zəngləri yalnız mobil şəbəkələr üzərində
etməyə cəhd edəcək. Hər şəraitdə bağlantıya təminat verilmir. Təcili tibbi yardım kimi əhəmiyyətli əlaqələr üçün Siz yalnız
simsiz cihaza etibar etməməlisiniz.
Təcili zəngi etmək üçün:
1
Cihaz iş rejimində olmadıqda onu yandırın. Müvafiq siqnal intensivliyini yoxlayın. Cihazınızdan asılı olaraq, aşağıdakıları
tamamlamalı ola bilərsiniz:
Cihazınıza SİM kart daxil edin.
Cihazınızda aktivləşdirdiyiniz müəyyən zəng məhdudiyyətlərini götürün.
Qoşulu olmayan və ya uçuş rejimi profilini aktiv profillə dəyişdirin.
2
Ekranı təmizləmək və cihazı zənglər üçün hazır etmək üçün lazım olan qədər başa çatdırma düyməsini basın.
3
Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil edin. Təcili yardım nömrələri ərazidən asılı olaraq fərqlənir.
4
Zəng düyməsini basın.
Məhsul və təhlükəsizlik üzrə məlumat
55