Nokia 6700 Klassik

Page 30
background image
Qeyd:  Xidmət provayderinin zənglər və xidmətlər üçün hesab fakturaları şəbəkənin
xüsusiyyətlərindən, hesabların hazırlanması qaydasından və sair faktorlardan asılı
olaraq fərqlənə bilər.
Yer tarixçəsi
Şəbəkə sizə mövqe sorğusunu göndərə bilər (şəbəkə xidməti). Mövqe məlumatının
çatdırılmasına abunə olmaq və razılaşmaq üçün xidmət təminatçınızla əlaqə saxlayın.
Mövqe sorğusunu qəbul yaxud imtina etmək üçün 
Qəbul et
 və ya 
Rədd et
 seçin. Əgər
sorğunu buraxmısınızsa, telefon avtomatik olaraq xidmət təminatçınızla əldə etdiyiniz
razılığa uyğun olaraq onu qəbul yaxud rədd edir.
Ən son 10 məxfilik xəbərdarlıqları və sorğuları barədə məlumatlara baxmaq üçün
Menyu
 > 
Qeydiyyat
 > 
Mövge tutma
 > 
Mövqe qeydi
 seçin.
Əlaqə
Sizin telefon məlumatın ötürülməsi və qəbul edilməsi üçün digər cihazlara qoşulmaq
üçün bir neçə xüsusiyyətləri təmin edir.
Bluetooth simsiz texnologiyası
Bluetooth texnologiyası sizə cihazınızı radiodalğalardan istifadə edərək uyğun olan
Bluetooth cihazına 10 metrə daxilində (32 fut) qoşmaq imkanı verir.
Bu cihaz aşağıdakı profilləri dəstəkləyən Bluetooth texnologiyasına 2.1 + EDR
uyğundur: təkmilləşdirimiş audio paylaşdırma, uzaqdan audio video idarəetmə, dial-up
şəbəkə, fayl ötürülməsi, ümumi giriş, ümumi audio/video paylaşdırma, ümumi obyekt
mübadiləsi, şəbəkəyə giriş, səsucaldan, qulaqlıq, object push, telefon kitabçasına giriş,
SIM girişi, xidmət aşkarlanması proqramı və seriya portu . Bluetooth texnologiyasını
dəstəkləyən digər cihazlarla qarşılıqlı əlaqəni təmin etmək üçün Nokia tərəfindən bu
cihaz üçün təsdiq edilmiş aksessuarlardan istifadə edin. Digər qurğuların bu qurğuya
uyğun olması və ya olmamasını müəyyən etmək üçün həmin qurğuların istehsalçıları
ilə əlaqə saxlayın.
Bluetooth texnologiyasından istifadə edən funksiyalar batareyadan istifadəni artırır və
batareyanın ömrünü azaldır.
Sizin simsiz cihazınız uzaqdan idarə olunan SİM rejimində olduğu zaman, Siz zəng
etmək, və ya zəngləri qəbul etmək üçün ancaq maşın üçün dəst kimi qoşulu uyğun
aksessuardan istifadə edə bilərsiniz.
Simsiz cihazınız bu rejimdə olarkən onda proqramlaşdırılmış təcili yardım xidməti
nömrələrindən başqa heç bir nömrəyə zəng etməyəcək.
Zəng etmək üçün Siz əvvəlcə kənardan idarə olunan SİM rejimindən çıxmalısınız. Əgər
cihaz kilidlənmişsə, onu açmaq üçün öncə kilid kodunu daxil edin.
30
Yer tarixçəsi