Nokia 6700 Klassik

Page 18
background image
Zənglər
Zəng etmək
Siz bir neçə yolla zəng edə bilərsiz:
Şəhər kodu daxil olmaqla telefon nömrəsini daxil edin və zəng düyməsini basın.
Beynəlxalq zənglər üçün * düyməsini iki dəfə basaraq beynəlxalq çıxış işarəsini (+
işarəsi beynəlxalq giriş kodunu əvəz edir), ölkə kodunu və, tələb olunarsa, şəhər
kodunu əvvəlində 0 rəqəmi olmadan telefon nömrəsini daxil edin.
Zəng jurnalına daxil olmaq üçün ev ekranı rejimində zəng düyməsini bir dəfə basın.
Nömrəni və ya adı seçin və zəng düyməsini basın.
Kontaktlar siyahısında saxladığınız adı və ya telefon nömrəsini axtarın. 
Zəng etdiyiniz zaman səsi tənzimləmək üçün səs düyməsini yuxarı və ya aşağı basın.
Zəngə cavab vermək və bitirmək
Daxil olan zəngi qəbul etmək üçün, zəng düyməsini basın. Zəngi bitirmək üçün bitirmə
düyməsini basın.
Daxil olan zəngi rədd etmək üçün bitirmə düyməsini basın. Zəng melodiyasını səssiz
etmək üçün seçin 
Səssiz
.
Nömrə yığımının qısa yolları
Telefon nömrəsini 2-dən 9-a kimi rəqəm düymələrinə təyin edin. 
Aşağıdakı üsullardan biri ilə zəng etmək üçün nömrə yığımının qısa yolundan istifadə
edin:
Nömrə düyməsini, sonra isə zəng düyməsini sıx.
Əgər 
Menyu
 > 
Parametrlər
 > 
Zəng et
 > 
Tez zəng
 > 
Aktiv et
 seçilibsə, nömrə
düyməsini sıx və saxla.
Səs ilə yığım
Kontaktlarda saxlanan adı söyləyərək zəng edin.
Səs əmrləri dildən asılı olduğuna görə səs ilə yığımdan əvvəl 
Menyu
 > 
Parametrlər
 >
Telefon
 > 
Dil parametrləri
 > 
Telefonun dili
 və öz dilinizi seçməlisiniz.
Qeyd:  Səs elementlərinin səs-küylü şəraitdə və təcili yardım tələb edən hadisə zamanı
istifadəsi çətinləşə bilər, bu səbəblə bütün hallarda yalnız səslə nömrənin yığılmasına
etibar etməməlisiniz.
1 İş masası rejimində sağ seçim düyməsini basıb saxlayın.Qısa ton səslənir və
Tondan sonra danışın
 əks olunur.
18
Zənglər