Nokia 5130 XpressMusic

Page 10
background image
Buraxılış yayını (1) basın və SIM kartı (2) sürüştürərək çıxardın.
microSD kartının daxiledilməsi
Yalnız Nokia tərəfindən təsdiqlənmiş bu cihaz üçün uyğun olan microSD kartları
istifadə edin. Nokia yaddaş kartları üçün təsdiqlənmiş sənaye standartlarından istifadə
edir, amma bəzi kart modelləri bu cihaza tam uyğun olmaya da bilər. Uyğun olmayan
yaddaş kartının istifadəsi yaddaş kartını, habelə cihazı zədələyə bilər, həmçinin kartda
saxlanılan məlumat pozula bilər.
Telefonunuz 2 QB qədər həcmə malik olan microSD kartlarını dəstəkləyir.
1. Yaddaş kartı oyuğunun qapağını açın.
2. Kartı kontakt səthinin üzüyuxarı olduğu vəziyyətdə yaddaş kartının oyuğuna daxil
edin və kart yerini möhkəm tutana qədər üzərinə basın.
3. Yaddaş kartı oyuğunun qapağını bağlayın.
microSD kartının çıxardılması
Mühüm:  Yaddaş kartını ondan istifadə olunarkən əməliyyatın yarısında
çıxarmayın. Kartın əməliyyatın ortasında çıxarılması yaddaş kartını, həmçinin cihazı
zədələyə bilər, həmçinin uyğun olmayan kartda mühafizə edilən məlumat pozula bilər.
Siz yaddaş kartını telefonun çalışdığı zaman cihazı söndürmədən çıxarda yaxud
dəyişdirə bilərsiz.
1. Heç bir proqramın yaddaş kartına hazırda girişə malik olmadığını yoxlayın.
2. Yaddaş kartı oyuğunun qapağını açın.
3. Yaddaş kartını yavaş içəriyə basın ki, kilid açılsın və sonra onu çıxardın.
4. Yaddaş kartı oyuğunun qapağını bağlayın.
Batareyanın doldurulması
Sizin batareya əvvəlcədən yüklənib, ancaq yükləmə səviyyələri müxtəlif ola bilər.
1. Batareya yükləyəni divar elektrik oyuğuna qoşun.
2. Yükləyicini cihaza qoşun. Siz cihaz yüklənərkən ondan istifadə edə
bilərsiniz.
3. Batareya tam dolduqda, yükləyicini cihazdan ayırın və elektrik
yuvasından çıxarın.
Cihazın işəsalınması
© 2008 Nokia. Bütün hüquqlar qorunur
10