Nokia 5130 XpressMusic

Page 24
background image
parametrləri daxil edin. Şəxsi ünvanı aktiv etmək üçün ona doğru diyirləyin və seçin
Seçim > Aktivləşdir.
Zavod parametrlərini bərpa et
Telefonu zavod parametrlərinə bərpa etmək üçün Menyu > Parametrlər > Zvod prm.
bər. et və növəti seçimlərdən seç.
● Yal. prm. bərpa et — heç bir şəxsi məlumatı silmədən bütün ustülük verilən
parametrləri yenidən qurmaq
● Hamsını bərpa et — bütün üstünlük verilən parametrlər yenidən qurmaq və əlaqələr,
mesajlar, mediya fayları və aktivasiya klavişləri kimi bütün şəxsi məlumatlar silmək
10. Operator menyusu
Sizin şəbəkə operatorunuz tərəfindən təmin edilən xidmətlər portalına keçid əldə edin.
Daha ətraflı məlumat üçün şəbəkə operatorunuza müraciət edin. Operator bu menyunu
xidmət mesajı ilə təkmilləşdirə bilər.
11. Qalereya
Sizin telefon qəbul olunan tərkibi qorumaq üçün rəqəmli hüquqların idarəsi (DRM)
sistemini dəstəkləyir. İstənilən məzmunun və aktivasiya açarın çatdırılma qaydalarını
onların qəbulundan əvvəl həmişə yoxlayın çünki onlar ödənişli ola bilər.
Rəqəmli (müəllif) hüquqların idarəsi
Sahiblərin geniş hissəsi müəllif hüquqları da daxil olmaqla, öz intellektual mülkünü
qorumaq məqsədi ilə Rəqəmli hüquqlar idarəsinin (RHİ) müxtəlif texnologiya
növlərindən istifadə edə bilər. Bu cihaz RHİ tərəfindən qorunan tərkibə daxil olmaq
üçün RHİ proqramlarının müxtəlif növlərindən istifadə edir. Bu cihazla WMDRM 10,
OMA DRM 1.0, OMA DRM 1.0 qabaqcıl kilid və OMA DRM 2.0 ilə qorunan tərkibə daxil
ola bilərsiniz . Əgər hansısa RHİ proqramı tərkibi qoruya bilmirsə, onda tərkibin
sahibləri bu kimi RHİ proqramının yeni RHİ tərəfindən qorunan tərkibə daxil olmasının
ləğv olunmasını tələb edə bilərlər. Bu kimi RHİ proqramının ləğv edilməsi artıq sizin
cihazınızda RHİ tərəfindən qorunan tərkibin yeniləşməsinin qarşısını ala bilər. Belə RHİ
proqramının ləğvi RHİ başqa növləri tərəfindən qorunan digər tərkiblərin istifadəsinə,
və ya RHİ tərəfindən qorunmayan tərkiblərə təsir etməyəcək.
Rəqəmli hüquqların idarəsi (RHİ) tərəfindən qorunan tərkib birgə fəallaşdırma düyməsi
vasitəsilə görünür ki, bu da tərkibdən istifadə etmək üçün Sizin hüquqlarınızı
müəyyənləşdirir.
Cihazınız OMA DRM ilə qorunan tərkibə sahibdirsə, aktivləşdirmə kodları və tərkibin
nüsxəsini çıxarmaq üçün Nokia PC Suite proqramının nüsxə çıxarma funksiyasından
istifadə edin. Digər ötürmə metodları ola bilsin ki, cihazın yaddaşını formatladıqdan
sonra Sizin üçün OMA DRM istifadəni davam etmək imkanına malik olmaq üçün
ötürüləsi tərkibi aktivləşdirmə kodlarını köçürməsin. Siz həmçinin cihazınızdakı
faylların pozulduğu təqdirdə fəallaşdırma düymələrini bərpa etməli ola bilərsiniz.
Operator menyusu
© 2008 Nokia. Bütün hüquqlar qorunur
24