Nokia 5130 XpressMusic

Page 32
background image
● Cihazı rəngləməyin. Rəng hərəkət edən hissələri tıxaya və müvafiq əməliyyatlara
mane ola bilər.
● Yalnız təchiz və ya təsdiq edilmiş əvəzedici antenalardan istifadə edin. Qadağan
edilmiş antenaların, modifikasiyaların və ya aksessuarların istifadəsi sizin cihazı
zədələyə bilər və radio cihazlarının istifadəsini tənzimləyən qaydaların pozulmasına
səbəb ola bilər.
● Batareyanı bağlı otaqda doldurun.
● Cihazınızı xidmət şəbəkəsinə göndərdikdə həmişə saxlamaq istədiyiniz məlumatın
(əlaqələr və təqvim qeydləri kimi) surətini çıxarın.
● Optimal iş rejimi üçün cihaz vaxtaşırı söndürülməlidir, bunun üçün cihazı söndürün
və batareyanı çıxarın.
Yuxarıda göstərilən bütün təkliflər eyni dərəcədə sizin cihazınıza, batareyaya,
adapterə və ya hər hansı aksessuara şamil edilir. Hər hansı cihaz düzgün işləmədikdə
onu təmir üçün yaxınlıqda yerləşən səlahiyyətli xidmət şəbəkəsinə aparın.
Təkrar emal
İstifadə edilmiş elektron məhsulları, batareyaları və qablaşdırma materiallarını həmişə
təyin edilən toplama nöqtəsinə qaytarın. Bu yolla siz tullantıların nəzarətsiz atılmasının
qarşısını almağa və materialların təkrar emal etməsinə kömək edirsiniz. Daha ətraflı
məlumatı pərakəndə satıcıdan, tullantıların atılmasına nəzarət edən yerli orqanlardan,
milli istehsalçılara nəzarət təşkilatlarından və ya yerli Nokia nümayəndəliyindən əldə
edə bilərsiniz. Nokia məhsullarınızı necə dövr etdirməli oldugunuz barədə
www.nokia.com/werecycle ünvanından və ya internetə mobil telefondan daxil
olmusunuzsa www.nokia.mobi/werecycle ünvanından məlumat əldə edə bilərsiniz.
Məhsulunuzun, batareyanın üzərindəki X işarəli çarxlı qutu işarəsi, mətn və ya
qablaşdırma sizə xatırladır ki, bütün elektrik və elektronik məhsullar, batareyalar
və akumulyatorlar istifadə müddətləri bitdikdə ayrı yerlərə atılmalıdır. Bu tələb
Avropa İttifaqında tətbiq olunur. Bu məhsulları çeşidləndirilməmiş bələdiyyə
tullantılarının arasına yerləşdirməyin. Ətraf mühitlə bağlı daha ətraflı məlumat üçün
məhsulun Eko-Deklarasiyalarına www.nokia.com/environment ünvanından baxın.
Təhlükəsizliklə bağlı əlavə məlumat
Kiçik uşaqlar
Sizin cihazda və aksessuarlarda xırda hissələr ola bilər. Onları kiçik uşaqların əli
çatmadığı yerdə saxlayın.
İş mühiti
Bu qurğu, normal istifadə zamanı qulağa qoyulduqda, həmçinin bədəndən ən azı 2.2
santimetr (7/8 düym) məsafədə olduqda belə radiotezliklərin təsiri haqda rəhbər
göstərişlərin tələblərini ödəmək iqtidarındadır. Üstünüzdə gəzdirmək üçün daşıma
Təhlükəsizliklə bağlı əlavə məlumat
© 2008 Nokia. Bütün hüquqlar qorunur
32