Nokia 5130 XpressMusic

Page 15
background image
Yazı dilini qurmaq üçün Seçim > Yazı dili seçin.
Ənənəvi mətn daxiletmə
Arzuolunan simvol görünənə qədər 2-9 rəqəm düyməsini təkrar-təkrar basın. Mövcud
simvollar seçilən yazı dilindən asılıdır.
Daxil etmək istədiyiniz növbəti hərf əvvəlki ilə eyni düymədə yerləşirsə, kursor
görünənə qədər gözləyin və hərfi daxil edin.
Ən çox istifadə olunan durğu işarələrinə və xüsusi simvollara daxil olmaq üçün təkrar
olaraq 1 düyməsini basın. Xüsusi simvollar siyahısına daxil olmaq üçün * basın.
Proqnoz mətn daxil etməsi
Sadələşdirilmiş mətn yığımı siz də yeni sözləri daxil edə biləcəyiniz daxili lüğət
əsasinda qurulur.
1. 2 -dən 9 kimi düymələri basmaqla sözü yazmaqa başlayın. Bir hərf üçün hər bir
düyməni yalnız bir dəfə basın.
2. Sözü təsdiqləmək üçün sağa diyirləyin yaxud boşluqu daxil edin.
● Söz düzgün deyilsə, * düyməsini təkrar olaraq basın və sözü siyahıdan seçin.
● Sözdən sonra ? işarəsi göstərilirsə, yazmaq istədiyiniz söz luğətdə yoxdur. Sözü
lüğətə əlavə etmək üçün seçin Hərfbəh.. Ənənəvi mətn yığımından istifadə
etməklə sözü daxil edin və seçin Ya. saxla.
● Mürəkkəb sözləri yazmaq üçün sözün birinci hissəsini daxil edin və onu
təsdiqləmək üçün sağa diyirləyin. Sözün son hissəsini yazın və sözü təsdiqləyin.
3. Növbəti sözü yazmağa başlayın.
5. Menyularda əməliyyatlar keçirin
Telefon funksiyaları menyularda qruplaşdırılıb. Bütün menyu funksiyaları və ya seçim
elementləri burada təsvir olunmayıb.
Gözləmə rejimində Menyu və arzu edilən menyunu və yarım menyunu seçin. Cari
menyu səviyyəsindən çıxmaq üçün Çıx və ya Geri seçin. Birbaşa gözləmə rejiminə
qayıtmaq üçün bitir düyməsini sıxın. Menyu görüntüsünü dəyişdirmək üçün Menyu >
Seçim > Əsas mnyu görnş.
6. Mesajlaşma
Mətn və multimedia mesajları kimi mesajları yaradın və qəbul edin. Mesaj xidmətləri
yalnız o halda istifadə edilə bilər ki, onlar şəbəkə və ya xidmət təminatçısı tərəfindən
dəstəklənirlər.
Menyularda əməliyyatlar keçirin
© 2008 Nokia. Bütün hüquqlar qorunur
15