Nokia 5130 XpressMusic

Page 33
background image
qabı, kəmər qısqacı və ya tutqacdan istifadə edirsinizsə, metal tərkibli olmamalı və
bədəninizdən yuxarıda göstərilən məsafədə uzaq olmalıdır.
Məlumat faylları və ya mesajları ötürmək üçün bu cihaz keyfiyyətli şəbəkə bağlantısı
tələb edir. Müəyyən hallarda belə əlaqə təmin edilməyincə faylların və ya mesajların
göndərilməsi ləngidilə bilər. Məlumatın göndərilməsi bitənə qədər əmin olun ki,
yuxarıda göstərilən ayırma məsafəsinə riayət edilir.
Cihazın hissələri maqnitdir. Metal əşyalar qurğuya təsir edə bilər. Kredit kartlarını və
digər maqnit daşıyan vasitələri cihazın yanında qoymayın, çünki onlarda olan məlumat
silinə bilər.
Tibbi cihazlar
Radio ötürücü avadanlığın, o cümlədən simsiz telefonların işlədilməsi qeyri-müvafiq
mühafizə edilən tibb cihazlarının funksionalığına təsir edə bilər. Tibb cihazlarının lazımi
qaydada RF enerjisindən qorunduğunu müəyyən etmək və istənilən suallarla bağlı
həkim və tibb cihazının istehsalçısına müraciət edin. Əgər tibbi avadanlıqlar yerləşən
məkanda telefon aparatını söndürmək tövsiyyəsi barədə elan vurulubsa, bu tələbə
əməl etmək lazımdır. Xəstəxanalar və tibb müəssisələri xarici RF enerjisinə həssas
olan avadanlıqdan istifadə edə bilər.
İmplantasiya edilmiş tibbi cihazlar
Tibbi cihazların istehsalçıları məsləhət görür ki, tibbi cihazla ehtimal müdaxiləni aradan
qaldırmaq üçün nəbzölçən və ya implantasiya edilmiş kardiyo defibrilyasiya cihazı ilə
simsiz cihaz arasında minimum 15.3 sm (6 düym) məsafə olmalıdır. Belə cihazları olan
şəxslər bunları etməlidirlər:
● Simsiz cihaz işə salındıqda tibbi cihazla onun arasında minimum 15.3 sm (6 düym)
məsafə saxlamalıdırlar.
● Cihaz döş cibində daşımamalıdır.
● Ehtimal müdaxiləni azaltmaq üçün simsiz cihazı tibbi cihaz olmayan tərəfdəki qulağa
tutmalıdırlar.
● Müdaxilə olduğuna dair şübhə yaranarsa, dərhal simsiz cihazı söndürməlidirlər.
● Tibbi cihazlar barədə istehsalçıların yazdığı təlimatları oxumalı və əməl etməlidirlər.
Simsiz cihazınızı implantasiya edilən tibbi cihazla necə istifadə etməyə dair suallarınız
varsa, həkiminizə müraciət edin.
Eşitmə cihazları
Bəzi rəqəmli naqilsiz cihazlar qulaq aparatlarının işlərinə təsir edə bilər. Belə
müdaxiləni hiss etdikdə xidmət provayderinizdən məsləhət alın.
Avtomobillər
RF signalları avtomobillərdə düzgün quraşdırılmamış və ya düzgün mühafizə
edilməmiş elektron yanacaq yeridilməsi sistemi, blokirovkaya qarşı elektron tormoz
Təhlükəsizliklə bağlı əlavə məlumat
© 2008 Nokia. Bütün hüquqlar qorunur
33