Nokia 5130 XpressMusic

Page 35
background image
● Cihazınıza SİM kart daxil edin.
● Cihazınızda aktivləşdirdiyiniz müəyyən zəng məhdudiyyətlərini götürün.
● Qoşulu olmayan və ya uçuş rejimi profilini aktiv profillə dəyişdirin.
2. Ekranı təmizləmək və cihazı zənglər üçün hazır etmək üçün lazım olan qədər başa
çatdırma düyməsini basın.
3. Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil edin. Təcili yardım nömrələri
ərazidən asılı olaraq fərqlənir.
4. Zəng düyməsini basın.
Təcili yardım zəngi edərkən tələb olunan məlumatı mümkün qədər dəqiq verin. Hadisə
yerində sizin simsiz cihazınız yeganə kommunikasıya vasitəsi ola bilər. İcazə
verilənədək zəngi bitirməyin.
SERTIFIKATLAŞDıRMA MƏLUMATı (SAR)
Bu mobil cihaz radio dalğalara məruz qalma təlimatlarına cavab verir.
Sizin mobil telefon radio qəbul ötürücüsü və edicisidir. Bu cihaz beynəlxalq qaydalar
tərəfindən tövsiyyə edilmiş radio tezliyinə məruz qalma limitlərini aşmayan cihaz kimi
hazırlanmış və istehsal edilmişdir. Bu təlimatlar İCNİRP müstəqil elmi təşkilat
tərəfindən yaradılıb, belə ki, yaş həddi və sağlamlıq nəzərə alınmadan, hər bir kəsin
müdafiəsini təmin etmək üçün hazırlanan təhlükəsizlik qaydalarından ibarətdir.
Mobil cihazlar üçün təsir standartı olaraq Xüsusi Absorbsiya Dərəcəsi (SAR) kimi
tanınan ölçü vahidi istifadə edilir. ICNIRP təşkilatının təlimatında göstərilmiş SAR həddi
2.0 vat/kilogramdır (v/kg) 10 qram toxuma ortalamaqla. SAR üçün testlər bütün
sınaqdan keçirilmiş tezlik diapazonlarında cihaz ən yüksək təsdiq edilmiş güc
səviyyəsində məlumatı ötürərkən standart iş vəziyyətində keçirilir. İstifadə edilən
qurğunun SAR səviyyəsi maksimal dərəcədən aşağı ola bilər, çünki qurğunun ancaq
şəbəkə ilə əlaqə yaratmaq üçün enerji verməsi tələb olunur. Bu rəqəm bir sıra faktorun
təsiri ilə dəyişir; məsələn sizin şəbəkə baza stansiyasına nə qədər yaxın məsafədə
olmağınızdan asılıdr. Bu cihazın qulaqda istifadəsi zamanı İCNİRP təlimatlarına
əsasən ən yüksək SAR dərəcəsi belədir 1.16 Vt/kq .
Qurğu hissələrinin və aksessuarlarının istifadəsi SAR dərəcəsinə təsir edə bilər. Milli
hesabatçılıq tələblərindən və şəbəkə diapazonundan asılı olaraq SAR dərəcələri
fərqlənə bilər. SAR barədə əlavə məlumat mal haqda məlumatın ardınca
www.nokia.com saytında verilə bilər.
Təhlükəsizliklə bağlı əlavə məlumat
© 2008 Nokia. Bütün hüquqlar qorunur
35