Nokia 5130 XpressMusic

Page 25
background image
Əgər sizin cihazda WMDRM qorunan tərkib varsa, cihaz yaddaşının formatlanması
zamanı fəallaşdırma kodları və tərkib itiriləcək. Sizin cihazınızdakı faylların pozulması
zamanı da fəallaşdırma düymələri və tərkibdən məhrum ola bilərsiniz. Fəallaşdırma
düymələri, və ya tərkibi itirmək Sizin cihazınızda həmin tərkibdən təkrar istifadə etmək
imkanınızı məhdudlaşdıra bilər. Daha geniş məlumat almaq üçün Sizə xidmət göstərən
müəssisə ilə əlaqə saxlayın.
Qovluqları nəzərdən keçirmək üçün Menyu > Qalereya seçin.
12. Media
Kamera və video
Sizin cihaz 1600x1200 piksel təsvirin fiksajlanmasına icazə verir.
Şəkil çekilməsi
Statik şəkil funksiyasından istifadə etmək üçün seçin Menyu > Medya > Kamera və
ya əgər kamera funksiyası aktivdirsə, sağa və ya sola diyirləyin. Şəkili çəkmək üçün
seçin Çək.
Kamera rejimində miqyası böyütmək və ya kiçiltmək üçün düyməni yuxarı və ya aşağı
fırladın.
Avtotaymeri aktivləşdirmək yaxud şəkilləri tez ardıcıllıqla çemək üçün Seçim və
istədiyiniz seçimi edin.
İlkin baxışın tərzini və vaxtını təyin etmək üçün Seçim > Parametrlər > Şəkilə baxma
vaxtı seçin.
Video klip çəkmək
Video funksiyasından istifadə etmək üçün Menyu > Medya > Video seçin. Video
yazısına başlamaq üçün Yaz seçin.
Yazılma zamanı aşağı keyfiyyətli video daha çox müddət ərzində yazıla bilər. Keyfiyyət
parametrlərini dəyişmək və videoklip uzunluğunu maksimuma təyin etmək üçün
Menyu > Medya > Kamera > Seçim > Parametrlər > Video klip keyfiyyəti yaxud
Video klip uzunluğu seçin.
FM radio
FM radiosu simsiz cihazın antenasından fərqli olan antenadan asılıdır. Düzgün
işləməsi üçün cihaza uyğun qulaqlıq və ya FM radiosu üçün tələb olunan aksesuar
qoşulmalıdır.
Xəbərdarlıq:  Musiqiyə orta səs dərəcəsində qulaq asın. Davamlı yüksək səs
dərəcəsində qulaq asmaq sizin eşitmə qabiliyyətinizə mənfi təsir edə bilər. Mikrofon
istifadə edildikdə cihazı qulağınıza yaxın tutmayın, çünki səs dərəcəsi çox yüksək ola
bilər.
Media
© 2008 Nokia. Bütün hüquqlar qorunur
25