Nokia 5130 XpressMusic

Page 18
background image
2. Resipientin telefon nömrəsini daxil edin, mesajınızı yazın (maksimum 70 simvol)
və Göndər seçin.
Nokia Xpress audio mesajları
Münasib yolla MMS-dən istifadə edərək audio mesajı yaradın və göndərin.
1. Seç Menyu > Mesajlar > Mesaj yarat > Audio mesaj. Səs yazan açılır.
2. Mesajınızı yazın.
3. Kimə: sahəsinə bir və ya daha çox telefon nömrəsi daxil edin, və ya nömrəni geri
qaytarmaq üçün Əlavə et seçin.
4. Mesajı göndərmək üçün seçin Göndər.
Cəld mesajlaşma
Cəld mesajlaşma vasitəsilə (CM, şəbəkə xidməti) siz şəbəkə daxilində olan
istifadəçilərə qısa mətn mesajları göndərə bilərsiniz. Siz xidmətə yazılmalısınız və
istifadə etmək istədiyiniz CM xidmətində qeydiyyatdan keçməlisiniz. Öz xidmət
təminatçınız ilə bu xidmətlərin mövcudluğunu, qiymətləri və təlimatları yoxlayın.
Menyular CM təminatçınızdan asılı olaraq fərqlənə bilər.
Xidmətə qoşulmaq üçün seçin Menyu > Mesajlar > Ani mesajlar və ekranda olan
təlimatları əsas götürərək davam edin.
Səs mesajları
Səsli poçt qutusu ona abunə ola biləcəyiniz bir şəbəkə xidmətidir. Daha ətraflı məlumat
üçün xidmət təminatçınızla əlaqə saxlayın.
Səsli poçt qutunuza zəng etmək üçün 1 düyməsini basıb saxlayın.
Səs poçtqutusu nömrənizi redaktə etmək üçün, seçin Menyu > Mesajlar > Səsli
mesajlar > Səsli poçtun nömrəsi.
Mesaj parametrləri
Mesajlaşma funksiyalarını nizamlamaq üçün Menyu > Mesajlar > Mesaj prmtrləri
seçin.
● Ümumi para.  —  göndərilmiş mesajları yadda saxlamaq üçün telefonu qurmaq,
mesaj yaddaşı dolduqda köhnə mesajların üzərinə yazmaq icazəsi vermək və
mesajlarla əlaqədar digər üstünlükləri qurmaq
● Mətn mesajları  — çatdırılma hesabatlarına icazə vermək, SMS və SMS e-poçt üçün
mesaj mərkəzləri qurmaq, işarə dəstəyinin növünü seçmək və mətn mesajları ilə
əlaqədar üstünlükləri qurmaq
● Multimedia msjlar  — çatdırılma hesabatlarına icazə vermək, multimediya
mesajlarının görsənməsini qurmaq, elanların və multimediya mesajlarının qəbul
edilməsinə icazə vermək və multimediya mesajları ilə əlaqədar digər üstünlükləri
qurmaq
Mesajlaşma
© 2008 Nokia. Bütün hüquqlar qorunur
18