Nokia 5130 XpressMusic

Page 34
background image
sistemləri, elektron surət tənzimləyən sistemlər, hava kisəsi sistemləri kimi elektron
sistemlərə təsir edə bilər. Daha ətraflı məlumat üçün sizin avtomobilin və ya ona əlavə
edilmiş avadanlığın istehsalçısı və ya onun dileri ilə əlaqə saxlayın.
Yalnız professional personal cihaza texniki xidmət göstərə bilər və cihazı avtomobildə
quraşdıra bilər. Qüsurlu quraşdırılma və ya xidmət təhlükəli ola bilər və bu cihaza tətbiq
ediləcək hər hansı zəmanətin qüvvədən düşməsinə səbəb ola bilər. Avtomobilinizdə
bütün simsiz cihaz avadanlığının düzgün quraşdırıldığını və işlədiyini mütəmadi olaraq
yoxlayın. Tez alışan mayeləri, qazları və partlayıcı maddələri cihazın, onun hissələrinin
və aksesuarlarının daşındığı bölmədə saxlamayın və daşımayın. Hava balışı ilə təchiz
edilmiş avtomobillərlərlə bağlı unutmayın ki, hava kisələri böyük güclə şişirdilir. Hava
balışının olduğu və ya açılacağı ərazıdə əşyaları, o cümlədən quraşdırılmış və ya
daşınan avadanlığı yerləşdirməyin. Avtomobilin daxilində simsiz avadanlığın düzgün
quraşdırılmaması və hava kisəsinin şışməsi ciddi xəsarətlə nəticələnə bilər.
Təyyarədə uçuş zamanı cihazın istifadəsi qadağan edilir. Təyyarəyə minməmişdən
əvvəl cihazı söndürün. Simsiz telecihazların istifadəsi təyyarənin idarə edilməsi üçün
təhlükəli ola bilər, simsiz telefon şəbəkəsini qıra bilər və qeyri-qanuni ola bilər.
Potensial partlayıcı mühit
Potensial partlayıcı atmosferi olan ərazidə telefonu söndürün və bütün işarələrə və
göstərişlərə riayət edin. Potensial partlayıcı atmosferi olan ərazi adətən avtomobilinizin
mühərriyinin söndürülməsi tövsiyyə edilən ərazıni əhatə edir. Belə ərazilərdə
qığılcımlar partlamaya yaxud yanğına səbəb olur və bədən xəsarəti və ya hətta ölümlə
nəticələnir. Telefonu xidmət stansiyalarında olan qaz nasosları kimi yanacaq
stansiyalarında söndürün. Yanacaq depolarında, saxlama və paylama
məntəqələrində, kimyəvi zavodlarda və ya partlayış əməliyyatları keçirilən ərazilərdə
məhdudiyyətlərə riayət edin. Potensial partlayış atmosferi olan ərazilər həmişə olmasa
da çox vaxt aşkar qeyd edilirlər. Bunlara qayıqlarda göyərtənin aşağısı, kimyəvi maddə
daşıma və ya saxlama yerləri və havada toz, metal tozları və ya müxtəlif kimyəvi
hissəciklər olan yerlər daxildir. Maye qazla işləyən avtomobil istehsalçılarına bu cihazın
həmin avtomobillərin yaxınlığında istifadə eilib edilməyəcəyini soruşmalısınız.
Təcili yardım zəngləri
Mühüm: Bu cihaz da daxil olmaqla simsiz telefonlar radio siqnalları, simsiz
şəbəkələri, daxili əlaqə xəttləri şəbəkələrini və istifadəçi üçün proqramlaşdırılmış
funksiyaları istifadə edərək işləyir. Əgər cihazınız internet vasitəsilə səs zənglərini
dəstəkləyirsə (internet zəngləri), həm internet zənglərini və həm də mobil telefonu
aktivləşdirin. Hər ikisi aktivləşdirildikdə cihaz həm mobil şəbəkə, həm də internet ilə
təcili zəng etməyə çalışacaqdır. Hər şəraitdə bağlantıya təminat verilmir. Təcili tibbi
yardım kimi əhəmiyyətli əlaqələr üçün Siz yalnız simsiz cihaza etibar etməməlisiniz.
Təcili yardım zəngini etmək üçün:
1. Cihaz iş rejimində olmadıqda onu yandırın. Müvafiq siqnal intensivliyini yoxlayın.
Cihazınızdan asılı olaraq, aşağıdakıları tamamlamalı ola bilərsiniz:
Təhlükəsizliklə bağlı əlavə məlumat
© 2008 Nokia. Bütün hüquqlar qorunur
34