Nokia 5130 XpressMusic

Page 23
background image
Qeyd:  Səs elementlərinin səs-küylü şəraitdə və təcili yardım tələb edən hadisə
zamanı istifadəsi çətinləşə bilər, bu səbəblə bütün hallarda yalnız səslə nömrənin
yığılmasına etibar etməməlisiniz.
Telefonunuzun səs tanınmasını səsinizə öyrətmək üçün seçin Menyu > Parametrlər >
Telefon > Səsin tanınması > Səs tanınması təlimi.
Səs əmrini funksiya üçün aktivləşdirmək üçün Menyu > Parametrlər > Telefon >
Səsin tanınması > Səs əmrləri, xüsusiyyəti və funksiyanı seçin.   səs əmrinin aktiv
olduğunu bildirir.
Səs əmrini aktivləşdirmək üçün seçin Əlavə et. Aktivləşdirilmiş səs əmrini səsləndirmək
üçün seçin Çal.
Səs əmrlərini idarə etmək üçün funksiyaya tərəf diyirləyin və seçin Seçim.
Səs əmrlərindən yaxud səslə nömrə yığımından gözləmə rejimində istifadə etmək üçün
sağ seçim düyməsini basıb saxlayın. Qısa ton səslənir və İndi danış göstərilir. Zəng
etmək istədiyiniz kontaktın adını yaxud əmri söyləyin. Səs tanınması uğurludursa, təklif
olunan uyğunluqların siyahısı əks olunur. Telefon siyahıdakı birinci uyğunluğun səs
əmrini səsləndirir. Əgər o düzgün əmr deyilsə, digər birisinə tərəf diyirləyin.
Aksesuarlar
Əgər telefon uyğun mobil aksesuara qoşulub və ya qoşulmuşdursa, bu menyu və digər
seçimlər göstərilir.
Seçin Menyu > Parametrlər > Aksesuar. Aksessuarı və aksessuardan asılı olaraq
seçimləri edin.
Konfiqurasiya
Siz telefonunuzu müəyyən xidmətlər üçün tələb edilən parametrlərlə konfiqurasiya edə
bilərsiniz. Sizin xidmət təminatçınızda həmçinin bu parametrləri sizə göndərə bilər.
Menyu > Parametrlər > Konfiqurasiya və aşağıdakı seçimlərdən seç:
● Defolt konfiq. prmt.  — telefonun yaddaşında saxlanılan xidmət təminatçılarını
nəzərdən keçirmək və defolt xidmət təminatçını təyin etmək üçün
● Büt. proqr. def. aktiv  — dəstəklənən proqramlar üçün defolt konfiqurasiya
parametrlərini aktiv etmək üçün
● Üst. tutul. giriş nöqt.  — yadda saxlanılan giriş nöqtələrini nəzərdən keçirmək üçün
● Dəstəyə bağlan  — xidmət təminatçınızdan konfiqurasiya parametrlərini yükləmək
üçün
● Qurğu menecer prm.  — telefonun proqram yeniliklərini qəbul etməsinə icazə
verilməsi və ya qarşısının alınması üçün. Bu seçim telefonunuzdan asılı olaraq
mövcuddur.
● Şəxsi konfiq. prmet.  — müxtəlif xidmətlərə əl ilə yeni şəxsi ünvanlar əlavə etmək,
onları aktiv etmək və ya pozmaq üçün. Yeni şəxsi ünvanı əlavə etmək üçün seçin
Y. əlavə və ya Seçim > Yenisini əlavə et. Xidmət növünü seçin və tələb edilən
Parametlər
© 2008 Nokia. Bütün hüquqlar qorunur
23