Nokia 5130 XpressMusic

Page 7
background image
1. Ümumi məlumat
Sizin cihaz haqqında
Bu təlimatda təsvir edilmiş simsiz cihaz (E)GSM 850, 900, 1800 və 1900 MHz
şəbəkələri-da istifadə üçün təsdiq edilmişdir. Şəbəkə haqqında daha ətraflı məlumat
əldə etmək üçün xidmət provayderinizlə əlaqə saxlayın.
Bu cihazdakı funksiyalardan istifadə edərkən bütün qanunlara riayət edin və müəllif
hüquqları da daxil olmaqla, yerli adətlərə, digər şəxslərin şəxsi işlərinə və qanuni
hüquqlarına hörmət edin.
Müəlliflik hüquqlarının mühafizəsi müəyyən şəkillərin, zəng signalları melodiyalarının
və digər məzmunlu funksiyaların surətinin çıxarılmasına, dəyişdirilməsinə və ya
köçürülməsinə mane ola bilər.
Cihazınızda üçüncü tərəf internet saytları üçün əvvəlcədən qurulan əlfəcinlər və
bəndlər ola bilər. Həmçinin cihazınız vasitəsilə üçüncü tərəf saytlara daxil ola bilərsiniz.
Üçüncü tərəf saytlar Nokianın himayəsində deyil və Nokia onlara görə məsuliyyət
daşımır. Əgər belə saytlara daxil olmaq istəsəniz təhlükəsizlik və ya tərkib üçün ehtiyat
tədbirlərini həyata keçirməlisiniz.
Xəbərdarlıq:  Zəngli saat istisna olmaqla bu cihazın bütün imkanlarının istifadəsi
üçün telefon işə salınmalıdır. Simsiz cihaz maneə və ya təhlükə törədə biləcəyi yerlərdə
telefonu işə salmayın.
Telefonun yaddaşında saxladığınız bütün zəruri məlumatın rezerv surətlərini çıxarmağı
və ya yazılı qeyd etməyi unutmayın.
Digər cihaza qoşularkən təhlükəsizliklə bağlı ətraflı məlumatı əldə etmək üçün onun
istifadə təlimatını oxuyun. Uyğun olmayan məhsulları qoşmayın.
Bu təlimatlardakı şəkillər cihazınızın ekranındakından fərqli ola bilər.
Şəbəkə xidmətləri
Telefonun istifadəsi üçün Sizin simsiz xidmət provayderinə ehtiyacınız var.
Xüsusiyyətlərin çoxu xüsusi şəbəkə xüsusiyyətləri tələb edir. Bu xüsusiyyətlər bütün
şəbəkələrdə mövcud deyil; şəbəkə xidmətlərindən istifadə etməkdən öncə digər
şəbəkələr Sizdən xidmət təminatçınızla xüsusi razılıq əldə etməyinizi tələb edə bilər.
Şəbəkə xidmətlərindən istifadəyə məlumatın ötürülməsi daxildir. Ev şəbəkəsi və ya
digər şəbəkələr üzərindən rouminq qiymətləri barədə təfərrüatlar üçün xidmət
provayderinizlə əlaqə saxlayın. Xidmət təminatçınız Sizə təlimatlar verə bilər və onun
tərəfindən hansı haqların tətbiq olunmasını izah edə bilər. Müəyyən şəbəkələrdə Sizin
şəbəkə xidmətindən istifadənizə təsir edə biləcək məhdudiyyətlər mövcud ola bilər.
Misal üçün, dildən asılı olmayan simvollar və xidmətlər müəyyən şəbəkələr tərəfindən
təmin edilməyə bilər.
Sizin xidmət provayderiniz tələb edə bilər ki, cihazınızda quraşdırılmış müəyyən
funksiyalar istifadə edilməsin və aktivləşdirilməsin. Bu halda bu funksiyalar Sizin
menyunuzda görünməyəcək. Sizin cihazınız menyu adlarında, menyu ardıcıllığında və
© 2008 Nokia. Bütün hüquqlar qorunur
7