Nokia 5130 XpressMusic

Page 21
background image
● Rezr. bərpa et  — Yaddaş kartında yaxudxarici qurğuda saxlanılan rezerv nüsxə
faylını seçin və onu telefonda bərpa edin. Rezerv nüsxə faylı barədə məlumat üçün
Seçim > Detallar seçin.
● Məlumat köçürmə  — Telefonunuz və digər cihaz, kompyuter və ya şəbəkə serveri
arasında seçilmiş məlumatı sinxronlaşdırın yaxud köçürün.
Əlaqə
Sizin telefonunuz məlumat ötürmək və qəbul etmək üçün digər qurğulara qoşulmağa
imkan verən bir neçə funksiyaya malikdir.
Bluetooth simsiz texnologiyası
Bluetooth texnologiyası 10 metr uzaqlıqdan radio dalğalardan istifadə edərək,
telefonunuzu müvafiq Bluetooth qurğusuna qoşmağa imkan verir.
Bu cihaz aşağıdakı profilləri dəstəkləyən Bluetooth texnologiyasına 2.0 + EDR
uyğundur: ümumi giriş, səsucaldan, qulaqlıq, obyekt push, fayl ötürülməsi, şəbəkəyə
kommutasiya ilə giriş, seriya portu, SIM girişi, ümumi obyekt mübadiləsi,
təkmilləşdirilmiş audo paylaşma, uzaq audio-video nəzarəti və ümumi audio-video
paylaşması . Bluetooth texnologiyasını dəstəkləyən digər cihazlarla qarşılıqlı əlaqəni
təmin etmək üçün Nokia tərəfindən bu cihaz üçün təsdiq edilmiş aksessuarlardan
istifadə edin. Digər qurğuların bu qurğuya uyğun olması və ya olmamasını müəyyən
etmək üçün həmin qurğuların istehsalçıları ilə əlaqə saxlayın.
Bluetooth texnologiyasından istifadə edən funksiyalar batareyadan istifadəni artırır və
batareyanın ömrünü azaldır.
Bluetooth əlaqəsini quraşdırmaq
Menyu > Parametrlər > Bağlantı > Bluetooth və aşağıdakılardan seç:
1. Telefonumun adı seç və telefonuz üçün ad daxil et.
2. Bluetooth-u fəallaşıdırmaq üçün Bluetooth > Yansın seçin.   Bluetooth-un fəal
olduğunu göstərir.
3. Telefonu audio təkmilləşdirməyə qoşmaqüçün -i Səs üçün artır. axt. və
qoşulmaqistədiyiniz qurğunu seçin.
4. Telefonuzu hər hansı bir Bluetooth cihazına qoşmaq üçün Cütlənmiş qurğular >
Yeni qurğu əlav.et seçin.
Istədiyiniz cihaza diyirləyin və seçin Əlavə et.
Keçid kodunu (16 işarəyədək) telefona daxil edin və digər Bluetooth cihazına
qoşulmaya icazə verin.
Əgər siz təhlükəsizlik barədə narahatsınızsa, Bluetooth funksiyasını söndürün və
yaxud Telefon. görsənməsi çevirin Gizlidir. Yalnız etibar etdiyiniz tərəflərdən Bluetooth
əlaqəsini qəbul edin.
İnternetə kompyuter ilə qoşulması
Parametlər
© 2008 Nokia. Bütün hüquqlar qorunur
21