Nokia 5130 XpressMusic

Page 30
background image
ilə əlaqədə olduqda baş verə bilər. (Bu batareyanın üzərində metal zolaqlar kimi
görsənir.) Bu, misal üçün, ehtiyat batareyasını cibinizdə və ya pul kisəsində gəzdirdikdə
baş verə bilər. Terminalların qısa qapanması batareyaya və ya əlaqədə olan əşyaya
zərər verə bilər.
Partlamağa səbəb ola biləcəyi üçün batareyaları oda atmayın. Batareyalar
zədələndikdə də partlayışa səbəb ola bilər. Batareyaları yerli qaydalara müvafiq olaraq
məhv edin. Mümkün olduqda batareyanı başqa məqsəd üçün istifadə edin. Ev tullantısı
kimi atmayın.
Batareyaları sökməyin, kəsməyin, açmayın, vurmayın, deformasiya etməyin, əyməyin,
deşməyin və s. Əgər batareyadan maye axsa, bu surətdə mayenin dəri, və gözlərinizə
dəyməsinə imkan verməyin. Bu baş verdiyi halda isə dəri, və ya gözlərinizi dərhal su
ilə yuyun, ya da tibbi yardım axtarın.
Batareyaya kənar əşyaları daxil etməyin, batareyanı təmir etməyin, suya və ya digər
mayelərə salmayın.
Batareyanın düzgün istifadə edilməməsi yanğın, partlayış və ya digər təhlükələrə
səbəb ola bilər. Əgər cihaz və ya batareya sərt yerə düşsə və siz batareyanın
zədələndiyinə əmin olsanız, istifadə etmədən onu servis mərkəzinə apararaq yoxladın.
Batareyanı yalnız müvafiq məqsəd üçün istifadə edin. Heç vaxt zədələnmiş batareya
və ya batareyanı dolduran qurğu istifadə etməyin. Onları kiçik uşaqların əli çatmadığı
yerdə saxlayın.
Batareya
© 2008 Nokia. Bütün hüquqlar qorunur
30