Nokia 5130 XpressMusic

Page 11
background image
Batareya tam boşaldıqda ekranda batareyanın doldurulması
indikatorunun peyda olması və ya zəng edilməsi üçün bir neçə dəqiqə tələb oluna bilər.
Antena
Cihazınızda daxili və xarici antenlər ola bilər. İstənilən radio ötürücü cihazda
olduğu kimi, anten ötürən və ya qəbul edən zaman lazımsız yerə toxunmayın.
Bu şəkildə antenə toxunsanız, rabitə keyfiyyəti azalacaq və cihaz lazım
olduğundan artıq enerjidən istifadə edəcəkdir, bu isə batareyanın ömrünün
azalmasına da gətirib çıxara bilər.
Təsvir bozla işarələnmiş antena sahəsini göstərir.
Qulaqlıq
Xəbərdarlıq:  Musiqiyə orta səs dərəcəsində qulaq asın. Davamlı yüksək səs
dərəcəsində qulaq asmaq sizin eşitmə qabiliyyətinizə mənfi təsir edə bilər. Mikrofon
istifadə edildikdə cihazı qulağınıza yaxın tutmayın, çünki səs dərəcəsi çox yüksək ola
bilər.
Xəbərdarlıq:  Qulaqlıqların istifadə edilməsi sizin xarici səsləri eşitmək
imkanınıza təsir edə bilər. Sizin təhlükəsizliyiniz üçün təhlükəli olan yerlərdə
qulaqlıqları istifadə etməyin.
Bu cihazla istifadə edilməsi Nokia tərəfindən təsdiq edilənlərdən başqa hər hansı bir
kənar cihazı və ya qulaqlığı Nokia AV konnektora qoşduqda, səs səviyyəsinə xüsusi
diqqət yetirin.
Siqnal yaradan məhsulları qoşmayın, onlar telefonunuza zərər verə bilər. Heç bir
elektrik mənbəyini Nokia AV konnektora qoşmayın.
Maqnit və maqnitli sahələr
Cihazınızı maqnit, və ya maqnit sahələrindən qoruyun, çünki onlar bəzi əlavələrə,
məsələn kameranın birdən fəallaşmasına səbəb ola bilərlər.
Cihazın işəsalınması
© 2008 Nokia. Bütün hüquqlar qorunur
11