Nokia 5130 XpressMusic

Page 14
background image
3. Zənglər
Zəng etmək və zəngə cavab vermək
Zəng etmək üçün telefon nömrəni lazım olduğu halda həmçinin ölkə və ərazi kodu ilə
birgə daxil edin və zəng düyməsini basın. Telefon zəngi zamanı qulaqlıq yaxud
səsucaldanın səsini tənzimləmək üçün səs düymələrini basın.
Gələn zəngə cavab vermək üçün zəng düyməsini sıxın. Zəngə cavab vermədən
zəngdən imtina etmək üçün bitir düyməsini sıxın.
Səsucaldan
Əgər mümkündürsə, siz zəng zamanı ucadanışandan yaxud qulağcıqdan istifadə
etmək üçün Səsuc. və ya Normal seçə bilərsiz.
Xəbərdarlıq:  Mikrofon istifadə edildikdə cihazı qulağınıza yaxın tutmayın, çünki
səs dərəcəsi çox yüksək ola bilər.
Yığma üzrə qısa yol proqramları 
2-dən 9-a qədər nömrəli düymələrin birinə telefon nömrəsi təyin etmək üçün Menyu >
Kontaktlar > Tez zənglər seçin, istədiyiniz telefon nömrəsinin üzərinə gəlin və Təyin
et seçin. İstədiyiniz telefon nömrəsini daxil edin və ya Axtar və yaddaşda saxlanmış
kontaktı seçin.
Sürətli yığma funksiyasını fəallaşdırmaq üçün Menyu > Parametrlər > Zəng et >
Tez zəng > Aktiv et seçin.
Gözləmə rejimində sürətli yığmadan istifadə edərək zəng etmək üçün istədiyiniz
nömrəli düyməni sıxın və saxlayın.
4. Mətn yaz
Mətn rejimləri
Mətn daxil etmək üçün (məsələn, mesaj yazarkən) ənənəvi və ya proqnozlaşdırılmış
mətn daxil etmədən istifadə edə bilərsiniz.
Mətn yazarkən Seçim basıb saxlayın ki, 
 ilə göstərilən ənənəvi mətn daxil etmədən
 ilə göstərilən proqnozlaşdırılmış mətn daxil etməyə və əksinə keçəsiniz. Bütün
dillər proqnozlaşdırılmış mətn daxil etmə ilə dəstəklənmir.
İşarə halları 
, və 
 tərəfindən göstərilibdir.
Böyük və ya kiçik simvollara keçmək üçün # basın. 
 ilə göstərilən hərf rejimindən
rəqəmə keçmək üçün # basıb saxlayın və Nömrə rejimi seçin. Rəqəm rejimindən hərfə
keçmək üçün # basıb saxlayın.
Zənglər
© 2008 Nokia. Bütün hüquqlar qorunur
14