Nokia 5130 XpressMusic

Page 16
background image
Mətn və multimedia mesajları
Siz mesaj yarada bilərsiniz və ona, misal üçün, təsvir əlavə edə bilərsiniz. Fayl əlavə
edildikdə sizin telefon avtomatik olaraq mətn mesajını multimedia mesajına dəyişir.
Mətn mesajları
Cihazınız bir mesaj həddindən əlavə mətn mesajlarını dəstəkləyir. Uzun mesajlar iki
və daha çox mesaj kimi göndərilir. Sizin xidmət provayderiniz sizdən müvafiq ödəniş
tələb edə bilər. Vurğu və digər işarələri istifadə edən simvollar və bəzi dildən olan
simvollar daha çox yer tutduğu üçün bir mesaj çərçivəsində göndərilən simvolların
sayını məhdudlaşdırır.
Ekranın yuxarısında olan indikator qalan işarələrin ümumi sayını və göndərilmə üçün
lazım olan mesajların sayını göstərir.
Hər hansı mətn mesajı, SMS və ya e-mail göndərməzdən əvvəl mesaj mərkəzi
nömrəsini yaddaşda saxlamalısınız. Menyu > Mesajlar > Mesaj prmtrləri > Mətn
mesajları > Mesaj mərkəzləri > Mərkəz əlavə et seçin, xidmət təminatçısından adı
və nömrəni daxil edin.
Multimedia mesajları
Multimedia mesajları mətn, şəkillər və səs yaxud video kliplərdən ibarət ola bilər.
Yalnız müvafiq elementləri olan cihazlar multimediya mesajlarını qəbul edə və ekranda
nümayiş edə bilər. Mesajın görünüşü qəbul edən cihazdan asılı olaraq fərqli ola bilər.
Simsiz şəbəkə MMS mesajlarının ölçüsünü məhdudlaşdıra bilər. Daxil edilmiş şəkil bu
limiti aşırsa cihaz onu MMS-lə göndərilə biləcək ölçüyə qədər balacalaşdıra bilər.
Mühüm:  Mesajları ehtiyatla açın. Mesajlarda zərərli proqramlar və ya sizin cihaz
və ya kompüteriniz üçün zərərli olan digər proqramlar ola bilər.
Multimedia mesaj xidmətinin (MMS) mövcudluğu və ona abunə olmaqla əlaqədar
olaraq xidmət təminatçınız ilə əlaqə saxlayın. Siz həmçinin konfiqurasiya parametrlərini
yükləyə bilərsiniz
Mətn və ya multimediya mesajı yarat
1. Menyu > Mesajlar > Mesaj yarat > Mesaj seçin
2. Resipient əlavə etmək üçün Kimə: sahəyə fırladın və resipientlərin nömrələrini və
ya e-poçtlarını daxil edinvə ya resipientləri seçmək üçün Əlavə et seçin.
Resipientlər və mövzular əlavə etmək və göndərmə seçimlərini təyin etmək üçün
Seçim seçin.
3. Mətn: sahəsinə fırladın və mesaj mətnini daxil edin.
4. Mesaja məzmun əlavə etmək üçün displeyin aşağısındakı qoşma zolağa fırladın
və arzuladığınız məzmun növünü seçin.
5. Mesaj göndərmək üçün sıxın Göndər.
Mesajlaşma
© 2008 Nokia. Bütün hüquqlar qorunur
16