Nokia 5130 XpressMusic

Page 17
background image
Bu mesaj növü displeyin başında göstərilir və mesajın məzmunundan asılı olaraq
avtomatik dəyişir.
Xidmət təminatçıları mesaj növündən asılı olaraq müxtəlif cür yüklənə bilər. Detallar
üçün xidmət təminatçınıza müraciət edin.
Elektron poçt
Elektron poçtu oxumaq, yazmaq və göndərmək üçün POP3 və ya İMAP4 elektron poçt
ünvanınıza telefonla keçid əldə edin. Bu elektron poçt proqramı SMS elektron poçt
funksiyasından fərqlidir.
Elektron poçtu istifadə etməzdən əvvəl, sizin elektron poçt ünvanınız və doğru
parametrləriniz olmalıdır. Sizin elektron poçt ünvanınızın mövcudluğu və parametrlərini
yoxlamaq üçün, e-poçt xidmət təminatçınızla əlaqə saxlayın. Siz elektron poçtun
konfiqurasiya parametrlərini konfiqurasiya mesajı şəklində qəbul edə bilərsiniz.
E-poçt qurma köməkçi proqramı
Əgər telefonda heç bir e-poçt parametrləri qurulmayıbsa, e-poçt köməkçi qurma
proqramı avtomatik olaraq işə başlayır. Əlavə e-poçtu qurmaq üçün köməkçi proqrama
başlamaq üçün, Menyu > Mesajlar və mövcud e-poçtu seç. E-poçt köməkçi qurma
proqramını işə salmaq üçün Seçim > Poçt qutu əlavə et seçin. Ekranda olan təlimatları
izləyin.
Elektron poçt yaz və göndər
Elektron poçt yazmaq üçün seçin Menyu > Mesajlar > Mesaj yarat > E-poçt
mesajı. Elektron poçta fayl əlavə etmək üçün seçin Seçim > Daxil et. Elektron poçtu
göndərmək üçün zəng düyməsini basın. Lazım olduqu təqdirdə istədiyiniz ünvanı
seçin.
Elektron poçt yüklənişi
Mühüm:  Mesajları ehtiyatla açın. Mesajlarda zərərli proqramlar və ya sizin cihaz
və ya kompüteriniz üçün zərərli olan digər proqramlar ola bilər.
Axtarış rejimini seçmək üçün Menyu > Mesajlar > Mesaj prmtrləri > E-poçt
mesajları > Pqutuları istif-dir və arzu edilən poçt qutusunu və Yükləmə prmt. > Rejimi
bərpa et.
Elektron məktubu yükləmək üçün Menyu > Mesajlar və arzu edilən poçt qutusunu
seçin, lazım gələrsə əlaqə üçün sorğunu təsdiqləyin.
Fləş mesajı
Fləş mesajları mətn mesajlarıdır, hansılar ki, alınan kimi ekranda göstərilirlər.
1. Fləş mesaj yazmaq üçün Menyu > Mesajlar > Mesaj yarat > Fləş mesajı seçin.
Mesajlaşma
© 2008 Nokia. Bütün hüquqlar qorunur
17