Nokia 5130 XpressMusic

Page 29
background image
Aksessuarlar
Xəbərdarlıq: Yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyaları istifadə edin və
batareyanızın doldurulması üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş bu telefon üçün
nəzərdə tutulmuş batareyaları, batareya dolduran qurğuları və aksesuarları istifadə
edin. Digər növün istifadəsi cihaza tətbiq edilən hər hansı təsdiq və zəmanətin də
qüvvədən düşməsinə səbəb və təhlükəli ola bilər.
Təsdiq edilmiş aksesuarların mövcudluğu, qiymətlər və tariflər haqqında məlumat
almaq üçün xidmət provayderinizlə əlaqə saxlayın. Hər hansı aksesuarın güc şnurunu
ayırarkən, şnurdan deyil ştepseldən tutub çəkin.
Batareya
Batareya və adapter barədə məlumat
Sizin cihaz təkrar doldurulan batareya ilə təchiz edilmişdir. Bu cihazda istifadə
olunması nəzərdə tutulan batareya BL-5C. Bu cihaz üçün aşağıdakı adapterlər
nəzərdə tutulmuşdur: AC-3. Batareya yüzlərlə dəfə doldurula və boşaldıla bilər lakin
vaxt keçdikcə batareya köhnəlir. Danışmaq və gözləmə rejimlərinin vaxtı normal
vaxtdan qısadırsa batareyanı dəyişin. Yalnız Nokia tərəfindən təsdiq edilmiş
batareyaları istifadə edin və batareyanızın doldurulması üçün yalnız Nokia tərəfindən
təsdiq edilmiş bu telefon üçün nəzərdə tutulmuş batareya dolduran qurğuları istifadə
edin. Təsdiq edilməyən batareya və ya adapterin istifadəsi yanğın, partlayış, sızma və
ya digər təhlükələr yarada bilər.
Adapter modelinin dəqiq nömrəsi elektrik birləşdiricisinin növündən asılı olaraq müxtəlif
ola bilər. Elektrik birləşdiricisinin variantı aşağıdakılardan birinə görə təyin edilir: E, EB,
X, AR, U, A, C və ya UB.
Batareya ilk dəfə istifadə edilərkən və ya batareya uzun müddət istifadə edilmədikdə
enerji qurğusunu cihaza birləşdirmək, sonra ayırmaq və batareyanın doldurulmasının
başlanması üçün təkrar birləşdirmək tələb oluna bilər. Batareya tam boşaldıqda
ekranda batareyanın doldurulması indikatorunun peyda olması və ya zəng edilməsi
üçün bir neçə dəqiqə tələb oluna bilər.
Batareyanı çıxararkən həmişə cihazı söndürün və enerjı qurğusundan ayırın.
Adapter istifadə edilmədikdə, onu elektrik rozetkadan və telefondan ayırın. Tam
doldurulmuş batareyanı dolduran qurğuya birləşmiş saxlamayın, çünki normadan artıq
batareyanın doldurulması onun istehlak müddətini qısalda bilər. İstifadə edilmədikdə
tam doldurulmuş batareya enerjisini vaxt keçdikcə itirir.
Həmişə batareyanı 15°C və 25°C (59°F və 77°F) dərəcə arasında saxlamağa çalışın.
Kəskin temperaturlar batareyanın fəaliyyətini və ömrünü azaldır. Batareyası isti və ya
soyuq olan cihaz qaydasında işləməyə bilər. Batareyanın iş keyfiyyəti donma
nöqtəsindən aşağıda olan dərəcələrdə xüsusilə məhdud olur.
Batareyanın qısa qapanmasına yol verməyin. Təsadüfi qısa qapanma dəmir pul, sıxac,
və ya qələm kimi metal əşyalar birbaşa batareyanın müsbət (+) və mənfi (-) terminalları
© 2008 Nokia. Bütün hüquqlar qorunur
29